Mobil versiya
Kreml İrana yardımdan danışıb
Tarix: 19-06-2025 | Saat: 14:02
Bölmə:Özəl | çapa göndər

Kreml İrana yardımdan danışıb
İran Rusiyadan hərbi yardım istəməsə də, Moskva Tehranı dəstəkləyir. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hərbi mənada, birincisi, İran bizdən kömək istəməyib. İkincisi, hətta İranla əldə etdiyimiz razılaşma kontekstində belə vəziyyətlərdə hərbi qarşılıqlı yardım nəzərdə tutulmayıb", - Kremlin rəsmi nümayəndəsi qeyd edib.

Peskovun sözlərinə görə, Moskvanın Tehrana dəstəyi “açıq-aşkardır”. Bundan əvvəl Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin İran və İsrail arasında münaqişənin həll oluna biləcəyinə əmin olduğunu bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025