Zelenski Ukraynanın yeni baş prokurorunu təyin edib
Tarix: 21-06-2025 | Saat: 14:53
Bölmə:Özəl | çapa göndər

Vladimir Zelenski Ruslan Kravçenkonun Ukraynanın baş prokuroru vəzifəsinə təyin edilməsi haqqında fərman imzalayıb. Xatırladaq ki, Zelenski iyunun 16-da Kravçenkonun namizədliyini təsdiqlənmək üçün Radaya təqdim edib.Eyni zamanda, baş prokuror vəzifəsi ötən ilin oktyabrından, Andrey Kostinin vəzifəsindən azad edildiyi vaxtdan boş idi. O zaman baş prokurorun səlahiyyətlərini birinci müavini Aleksiy Xomenko icra edirdi.
Rada iyunun 17-də Zelenskinin Kravçenkonun baş prokuror təyin edilməsinə razılığını verib.
Mart ayında Kravçenkonun 35 yaşı tamam oldu. Bununla da o, Ukrayna tarixində ən gənc baş prokuror olub. Bundan əvvəl o, Dövlət Vergi Xidmətinin rəisi və Kiyev Vilayət Hərbi Administrasiyasının sədri vəzifələrində çalışıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər