Mobil versiya
Azər Kərimli: Nüfuzlu mərkəzlərin hazırladığı hesabatlarda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır
Tarix: 21-06-2025 | Saat: 17:42
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azər Kərimli:  Nüfuzlu mərkəzlərin hazırladığı hesabatlarda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır

“XX əsrin əvvəlində Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlandı. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, 1993-cü ildə Heydər Əliyev Bakıya - ikinci dəfə hakimiyyətə dəvət olunanda  Azərbaycan Ordusu ağır böhran keçirirdi. İlk növbədə orduya vahid dövlət rəhbərliyi təmin edilməmiş, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Ordu siyasi proseslərə cəlb edilmiş, ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmış, ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi”.

Bu fikirlər aia.az-ın əməkdaşına açıqlama verən millət vəkili Azər Kərimliyə məxsusdur.

Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı, - deyən millət vəkili Azər Kərimlinin fikrlərinə görə, Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə qısa müddətdə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də Muxtar Respublika ərazisində milli ordunun hərbi hissələrinin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.

Millət vəkili Azər Kərimli müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirib: “Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu mərkəzlərin hazırladığı hesabatlarda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Elə bunun nəticəsində rəşadətli Ordumuz 2016-cı ilin aprel ayında Ermənistan ordusunun təxribatlarına cavab olaraq, sürətli əks-hücum əməliyyatına keçərək düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və xalqımız uzun illərdən sonra qələbə sevincini yaşadı. Ordumuzun növbəti uğurlu əməliyyatı 2018-ci ilin mayında Günnüt zəfəri idi. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi”.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 27 sentyabrında verdiyi əks hücum əməliyyatı ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı, erməni mifini məhv etdi – deyən millət vəkili Azər Kərimli Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşduğunu, suverenliyini tam təmin etdiyini, xalqımızın dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındığını bildirib: “Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Xüsusi ilə qeyd etmək lazımdır ki, əldə edilən Zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Xankəndində, Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və Ağdamada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu əmanəti qoruyub saxlamaqsa hər bir Azərbaycan vətəndaşının, Silahlı Qüvvələrin müqəddəs borcudur”.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025