Mobil versiya
İran İsraillə münaqişədə yeni taktikalardan istifadə etməyə başlayıb
Tarix: 21-06-2025 | Saat: 17:58
Bölmə:Özəl | çapa göndər

İran İsraillə münaqişədə yeni taktikalardan istifadə etməyə başlayıb
CNN mənbələrə istinadən xəbər verir ki, İran komandirləri müxtəlif növ raketlərdən istifadə ilə bağlı yeni strategiya qəbul ediblər.
Telekanalın həmsöhbəti qeyd edib ki, İsrail İran Silahlı Qüvvələrinin atdığı raketlərin sayını azaltmasına sevinməməlidir.

Mənbə aydınlaşdırıb ki, Tehran çoxlu sayda mərmi atmaq əvəzinə mühüm hərbi və təhlükəsizlik obyektlərinə qarşı daha mürəkkəb yüksək dəqiqlikli raketlərdən istifadə etmək qərarına gəlib.


Telekanalın həmsöhbəti qeyd edib ki, İran raket atıb və raket Amerikanın THAAD, Patriot, Arrow 3, Arrow 2, [İsrail sistemləri] David's Sling və Iron Dome-u asanlıqla keçərək əvvəlcədən müəyyən edilmiş hədəfi vurub.
Bundan əvvəl İsrail ordusunun rəsmisi İranın 13-21 iyun tarixləri arasında İsraildəki hədəflərə 1000-dən çox pilotsuz uçan aparat atdığını bildirmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-06-2025