Adəm İsmayıl Bakuvi: “Vətən müharibəsinin ilk günündən Türkiyənin bizə göstərdiyi siyasi-mənəvi dəstək ölkəmizin gücünə güc qatdı”
Tarix: 21-06-2025 | Saat: 17:51
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin yaradılması Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. İyunun 19-da keçirilmiş açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etmələri isə, bu məsələnin həiqətən də ölkələrimiz və alqlarımız üçün xüsusi önəm kəsb etdiyini vurğulayır. Əlbəttə ki, iki il bundan öncə qardaş ölkənin bu bölgəsində baş vermiş dəhşətli zəlzələdən sonra, qısa müddət ərzində belə bir məhəllənin yaradılması güclü Türkiyənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər. Əlbəttə ki, 2023-cü ildə baş vermiş zəlzələ böyük faciə olması ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qardaşlığı üçün növbəti sınaq oldu. Sözsüz ki, iki qardaş ölkənin xalqları hər zaman olduğu kimi, bu sınaqdan da üzü ağ çıxdılar.”
Bu sözləri Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi ilə əlaqədar mətbuata verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən pzrtiya sədri Azərbaycan xalqının və Azərbaycan dövlətinin Türkiyədə iki il əvvəl baş vermiş zəlzələyə reaksiyasının yalnız səmimi qardaşlıq münasibətləri ilə izah oluna biləcəyini xüsusi vurğulayıb: “Cənab Prezident tamamilə doğru qeyd etdi ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Təbii fəlakətin ilk saatlarından on minlərlə azərbaycanlı bütün ölkə ərazisində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdı. Azərbaycan həmin vaxt min nəfərdən çox üzvü olan heyəti heyətiTürkiyənin zəlzələ bölgələrinə göndərmişdi.Axtarış-xilasetmə komandalarının üzvlərindən, həkimlərdən, könüllülərdən ibarət olan bu heyət dərhal işə başlamış və onlar tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, həkimlərimiz iki səhra hospitalında 3200 insana tibbi yardım göstərmişdilər. Azərbaycan və Türkiyə hər zaman bir-birilərinin yanlarında olublar. O cümlədən 44 günlük Vətən müharibəsinin ilk günündən Türkiyənin bizə göstərdiyi siyasi-mənəvi dəstək, nümayiş etdirilən həmrəylik ölkəmizin gücünə güc qatdı. Azərbaycan tarixi ədaləti bərpa etdi və bu gün xalqımız öz əzəli torpaqlarında rahat və təhlükəsiz şəraitdə yaşayır. Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətini artıracaqdır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər