Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı Azərbaycan-Türkiyə qardaşlığının yeni səhifəsidir
Tarix: 21-06-2025 | Saat: 18:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarix boyu sınaqlardan keçərək özünü dəfələrlə təsdiq etmiş münasibətlərdir. Bu münasibətlər yüz illər əvvəl də belə idi, bu gün də eyni möhkəmliklə davam edir. Hazırda bu qardaşlıq dövlət başçılarımızın şəxsi münasibətləri sayəsində daha da güclənir. Yüz il əvvəl baş verən müharibələrdə Azərbaycan hər zaman Türkiyənin yanında olub. Eyni zamanda, Türkiyə də 107 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qorunmasında Qafqaz İslam Ordusu vasitəsilə mühüm rol oynayıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamı bu əbədi dostluğun ən dəyərli ifadələrindən biri kimi yaddaşlara həkk olunub.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov səsləndirib.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixi aspektlərinə toxunan deputat bildirib: “Yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanın ən çətin günlərində onun yanında Türkiyə dayanıb. 1992-ci il mayın 28-də - Müstəqillik Günündə Araz çayı üzərində, Azərbaycanla Türkiyənin sərhədində Ümummilli Lider Heydər Əliyev və Türkiyənin sabiq Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə açılan "Ümid körpüsü" həmin dövrdə ağır şəraitdə yaşayan naxçıvanlılar üçün sözün əsl mənasında ümidə çevrilmişdi. Bu mühüm tədbirdə iştirak etmək üçün Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu media nümayəndəsi ilə birlikdə Naxçıvana səfər etmişdi. Naxçıvan Hava Limanında çıxış edən Türkiyənin Baş naziri dünyaya bir daha Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu bəyan edərək demişdi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün əlimizdən gələni edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri də, sevinci də birlikdə bölüşəcəyik”.
Ümummilli Lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı zamanla reallıqda öz təsdiqini tapdı. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında da bu dostluq və qardaşlıq münasibətləri bariz şəkildə özünü göstərdi. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri təkcə Azərbaycanın müstəqilliyini və iqtisadi təhlükəsizliyini möhkəmləndirmədi, eyni zamanda, Türkiyəyə də böyük iqtisadi faydalar və gəlirlər gətirdi”.
Azər Badamov qeyd edib ki, Azərbaycan müstəqillik yolunda əmin addımlarla irəliləyir, qarşıya qoyulan hədəflərə uğurla nail olunurdu. Lakin bir məsələ həllini tapmamış qalırdı və bu, bizi daim narahat edirdi - torpaqlarımızın Ermənistanın işğalı altında olması. Məhz buna görə də qardaş Türkiyə Ermənistanla sərhədlərini bağladı və bu sərhədlər bu gün də bağlı qalmaqdadır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ermənistanın arxasında duran qüvvələr Azərbaycanın üzərinə gəlmək istədikdə, Türkiyənin qətiyyətli mövqeyi və verdiyi hərtərəfli siyasi və mənəvi dəstək ölkəmizin təhlükəsizliyini təmin etdi. Türkiyənin bu açıq mövqeyi Azərbaycana yönəlmiş xarici müdaxilə cəhdlərinin qarşısını aldı və haqq savaşımızın qısa zamanda uğurla başa çatmasına mühüm töhfə verdi. Bu dəstəyin nəticəsində Azərbaycan Ordusu Şuşada üçrəngli bayrağımızı qürurla dalğalandırdı. Qələbəmizi Bakıda coşqu ilə qeyd etdiyimiz günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəfər paradında iştirak edərək sevincimizə şərik oldu. O, çıxışında Bəxtiyar Vahabzadənin şeirindən sitat gətirərək Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olmaqla yanaşı, “bir bədənin iki qolu” olduğunu vurğuladı.
“2023-cü il fevralın 6-da Türkiyədə baş verən faciəvi zəlzələ zamanı Azərbaycan dərhal, qardaşından soruşmadan “çətin gündə yanında olmalıyıq” deyərək yardım aksiyasına başladı. Bütün ölkə Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək göstərmək üçün səfərbər oldu. Hətta bir kasıb kişinin köhnə avtomobilinə evindən gətirdiyi yorğan-döşəyi yükləyərək yardım mərkəzinə gətirməsi böyük təsir yaratmışdı. Bu xatirə dünən Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bir daha vurğulandı. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi dərhal Türkiyəyə yardım göndərmək üçün fəaliyyətə başladı. İki səhra hospitalı yaradıldı və bu hospitallarda nazirliyin əməkdaşları dağıntılar altında qalmış 53 nəfəri sağ çıxardı, həkimlərimiz isə 3200-dən çox insana tibbi yardım göstərdi. On milyonluq Azərbaycan 80 milyonluq Türkiyənin yanında oldu və xilasetmə, bərpa işlərində yaxından iştirak etdi.
Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi önəmli vəzifələr dayanır. Buna baxmayaraq, Türkiyədə zəlzələ nəticəsində dağılan Kahramanmaraş şəhərinin yenidən qurulmasında da yaxından iştirak etmək bizim üçün borc oldu. Dövlətimizin başçısının tapşırığı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tikildi”, - deyə deputat vurğulayıb.
O bildirib ki, iyunun 19-da Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ nəticəsində dağılan şəhərlərdə açılış mərasimlərində iştirak etdilər. Tədbirlər çərçivəsində “Azərbaycan” məhəlləsində inşa edilən mənzillərin açarları sakinlərə təqdim olundu. Qısa müddət ərzində Azərbaycan Kahramanmaraşda 90-dan çox binada 1200-dən artıq türkiyəli bacı-qardaşımızın yaşaması üçün şərait yaratdı. Bu, yalnız mənzillərin tikilməsi ilə məhdudlaşmadı – “Azərbaycan” məhəlləsində bütün sosial infrastrukturlar yaradıldı ki, zəlzələdən əziyyət çəkən insanlar rahat və firavan yaşaya bilsinlər. Bu, qardaş yardımının parlaq nümunəsi oldu.
“19 iyun Azərbaycan-Türkiyə qardaşlığının yeni bir səhifəsi kimi tarixə düşdü. Biz bir daha dünyaya sübut etdik ki, “Bir millət, iki dövlət” olaraq kədərli və sevincli anlarda bir yerdəyik - əsl qardaş və dostlarıq. Gücümüz 90 milyondan çox azərbaycanlı və türk bacı-qardaşımızın birliyindədir. Gücümüz Türkiyə və Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətindən gəlir. Biz bir yumruq olaraq gələcəkdə də ədalətimizi müdafiə etməyə, regionda sabitliyi və əməkdaşlığı gücləndirməyə, eləcə də digər vacib məsələləri həll etməyə qadirik. Dövlət başçılarının davam etdirdiyi bu yol gələcək nəsillərimiz üçün də örnəkdir”, - deyə Azər Badamov diqqətə çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər