Mobil versiya
Həsən Kür VƏFAT ETDİ
Tarix: 08-07-2025 | Saat: 09:48
Bölmə:Karusel / Ölkə | çapa göndər

Həsən Kür

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44 günlük Vətən müharibəsinin iştirakçısı, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.

aia.az xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat veriblər.

Bir neçə saat əvvəl halı pisləşən Həsən Kürü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində xəstəxanada vəfat edib.

Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra palataya köçürülüb. Aprelin 25-i isə xəstəxanadan evə buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2025