Göydəniz Qəhrəmanov: “Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti ölkənin turizm potensialının reallaşmasına mühüm töhfələr verir”
Tarix: 08-07-2025 | Saat: 11:35
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) 1992-ci ildə daxil olub. Ötən 33 il ərzində ölkəmiz hər zaman yüksək fəallığı ilə seçilib və təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın ev sahibliyi etdiyi artıq üçüncü Sammitdir.Belə ki, əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Ümumiyyətlə Azərbaycanın xarici siyasətində təşkilata üzv ölkələrlə əlaqələrin şaxələndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev hələ 2002-ci ildə təşkilata üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə ECO-nun daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etmişdi. 2006-cı ildə ECO-nun ölkəmizdə keçirilən IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat qeyd edib ki, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi xüsusi əhəmiyyət kəsb edən bir məqamdır: “İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, ECO çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bu məqam Ölkə Prezidenti cənab İlham Əliyevin Xankəndi Sammitindəki çıxışında da öz əksini tapıb. Eyni zamanda, möhtərəm dövlət başçımız Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilməsinin də önəmini xüsusi qeyd edib. Məlumdur ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları həm də böyük turizm potensialına malikdirlər. Bu ərazilər öz füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri, geniş turizm imkanları ilə bütün qonaqların diqqətini cəlb edir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bölgənin geniş dağ silsiləsi ilə əhatə olunması, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının zəngin təbiəti, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının ekologiyası dağ və ekoturizm üçün ən münbit zonadır. Eləcə də Şuşa, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri zəngin tarixi-memarlıq abidələri ilə Azərbaycanın və dünyanın mədəniyyət salnaməsidir. Bu ərazilərdə tarixi-mədəni turizmin inkişafı üçün hədsiz dərəcədə potensiallar mövcuddur. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti də bu potensialların reallaşmasına mühüm töhfələr verir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025
09:48 Həsən Kür VƏFAT ETDİ