Qarabağ müharibəsində rəşadət göstərmiş qazi- həkim Amil Şirinov əbədiyyətə qovuşdu
Tarix: 08-07-2025 | Saat: 09:49
Bölmə:Özəl | çapa göndər

Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş qazi- həkim Şirinov Amil Famil oğlu əbədiyyətə qovuşub. O, həm peşəsinə sadiq həkim, həm də silaha sarılmış Vətən aşiqi idi.
6 oktyabr 1958-ci ildə Şuşada doğulmuşdu. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra doğma şəhəri Şuşaya qayıtmış, Mərkəzi rayon hospitalında fəaliyyətə başlamışdı. Bu, onun vətənpərvər bir yol seçdiyini göstərirdi. 1983- cü ildə anestezioloji və reanimatoloji xidmətin təşkilatçısı və şəhərin ilk anestezioloqu olmuşdu. Anesteziologiya şöbəsində xüsusi qrupun rəisi vəzifəsi ona tapşırılmışdı.
1988-ci ildə klinik ordinaturaya daxil olmaq üçün Bakıya gəldi. Yurd sevgisini ömür boyu ürəyində daşıyan Amil həkim Qarabağ hadisələri başlayanda bu məsələnin həlli üçün Moskvaya yola düşən ilk nümayəndə heyətinin rəhbəri idi.

Birinci Qarabağ müharibəsi başlayanda, Amil Şirinov Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyatxana şöbəsinin müdiri idi. Özü kimi həkim- reanimatoloq olan həyat yoldaşı Yeganə Abbasova ilə iki qiz övladı böyüdürdülər. Amma Amil həkimin başqa sevgisi də vardi- Vətən adında. O, torpaq itkisinin vurduğu yaraları ancaq onu geri alaraq sara bilərdi. Beləliklə, tərəddüd etmədən institutdakı yüksək vəzifəsini Vətənin sıravi əsgəri olmağa dəyişdi, əlinə silah alıb torpaq uğrunda döyüşlərə atıldı. İki il boyunca ön cəbhədə, müharibənin ən qaynar nöqtələrində döyüşdü.
Dəfələrlə yaralandı, amma geri çəkilmədi. Müharibənin ən şiddətli vaxtında Ağdərədə tibb bacılarını xilas etməyə gedərkən qəzaya uğrayan maşının altında qalan döyüşçü həkim ağır xəsarət aldı.

Müharibəyə əvvəl əsgər kimi qatılan Amil Şirinov sonra həm də tibb xidmətinin kapitanı kimi fəaliyyət göstərdi. "Şuşa" qəzetinin "Xalq öz oğullarına güvənir" məqaləsində qeyd edildiyi kimi, tək bir il ərzində tibb xidmətinin kapitanı Amil Şirinovun rəhbərliyi və iştirakı ilə döyüş meydanlarından 575 yaralı, 28 şəhid çıxarılmışdı.
Onun qəhrəmanlığı latviyalı jurnalist Tatyana Çaladzenin də diqqətini çəkmiş, müharibədən bəhs edən "Qarabağ: müharibə üzlərdə" adlı kitabında Amil Şirinov haqqında məqaləyə yer vermişdi. Müharibədə aldığı yaralar, qəlpələr Amil Şirinovu ömür boyu müşayiət etdi. Sağlamlığını itirən qazi- həkim bircə dəfə də giley-güzar etmədən bu izləri qürurla daşıdı.
Amil Şirinov təkcə Azərbaycanda deyil, beynəlxalq humanitar missiyalarda da öz peşəkarlığı və fədakarlığı ilə tanınmışdı. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi Sudanda cərrahiyyə xəstəxanasında çalışaraq silahlı münaqişələrdən zərər çəkmiş insanlara tibbi yardım göstərmiş, müharibə qurbanlarınını həyatını xilas etmişdi.
Qarabağın azadlığı uğrunda sağlamlığını itirən, ömrünün sonunadək həmin yaraların ağrısını daşıyan qazi- həkimin xidmətləri dövlət tərəfindən qiymətləndirilib, o, bir çox nüfuzlu medallarla təltif olunub. Eləcə də, tibb sahəsində bir çox uğurlara imza atıb. Lakin Amil Şirinov üçün ən ali mükafat, ən qiymətli zəfər Şuşanın geri alınması oldu. Həyatının son illərində o, doğma şəhərini ziyarət etdi. 28 illik həsrətinə son qoydu, dağlara, daşlara həm ağrı, həm də qürurla baxdı. Bu görüş Amil Şirinovun doğma şəhərə son vidası oldu.
Amil Şirinovun həyat yolu vətənə sədaqət, mübarizə əzmi və xalqına sonsuz bağlılıq nümunəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə əvəzsiz xidmətlər göstərmiş qəhrəmanlar sırasında Amil Şirinovun da adı daim dərin hörmət və qürurla çəkiləcək.
Ruhu qarşısında baş əyirik.

Müəllif: Günel NATİQ

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025
09:48 Həsən Kür VƏFAT ETDİ
07-07-2025