Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər
Tarix: 08-07-2025 | Saat: 11:38
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata birgə bəyanatlar vermişlər.
Çıxışlar zamanı hər iki ölkə başçısı xalqlarımızın dostluğundan və bu səfərin də qarşılıqlı anlaşma,qardaşlıq ab-havasında keçdiyini xüsusi qeyd etdilər. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında imzalanan müqavilə istənilən ölkə münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Bu Özbəkistan və Azərbaycan münasibətlərinin dərinliyinin göstəricisidir. Rəsmi müttəfiq fəaliyyətimiz dövründə qarşılıqlı dəstək, beynəlxalq arenada qarşılıqlı fəaliyyət, birgə həyata keçirilmiş layihələr qısa zaman ərzində böyük nailiyyətlər deməkdir. Hər iki ölkə bir-birinin uğurlarını və nailiyyətlərini sevinclə izləyir. Xalqlarımız bir-birinə qarşı dərin hörmət bəsləyir. Məhz bu səbəbdən qarşılıqlı uğurlar gözlənilən nəticədir. Qarabağın bərpasına göstərdiyi kömək isə əsl qardaş köməyi idi. İllərdir həsrətində olduğumuz, mənfur düşmənin əsarəti altında olan, mədəniyyəti, tarixi, xatirələri məhv edilmiş Qarabağ xalqımızın ən həssas olduğu məqamdır. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Qardaş ölkənin ilk layihəsi elm ocağının, ata-baba yurduna qayıdan balaların təhsil almağı üçün məktəbin tikilməsi oldu. Bu xalqımız üçün xüsusi rəmzi əhəmiyyət daşıyır. Biz qardaş Özbəkistan xalqına dərin minnətdarlığımızı bildiririk. Xankəndində həyata keçirilən layihə isə tikiş fabrikinin tikilməsidir.Tikiş fabrikində çalışmaq üçün 200-dən çox insan cəlb olunub və bu say getdikcə çoxalacaqdır. Bu da əhalinin məşğulluqla təmin edilməsi deməkdir. Biz bunun üçün də qardaş ölkəyə minnətdarıq. Beynəlxalq arenada getdikcə nüfuzu artan Özbəkistanın kənd təsərrüfatı sahələri üzrə məsləhətləri və təcrübələri bizim üçün çox qiymətlidir.Həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə edilir və yeni layihələr mütləqdir.
Tarixi səfər sayılan bu görüş xalqlarımız və dövlətlərimiz arasında dosltluğun, qardaşlığın, yeni layilərin və yeni uğurların başlanğıcı deməkdir.
Pərvin Salmanova
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 44 saylı ƏPT-nin sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025