Mobil versiya
Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq
Tarix: 08-07-2025 | Saat: 15:56
Bölmə:Ölkə | çapa göndər

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq


Sabah Balakən rayonunda 20 mindən artıq abonentə təbii qazın verilişi dayandırılacaq.

aia.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.

Belə ki, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində PE-160 mm və PE-225 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 09.07.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla,Balakən şəhəri,26 kənd və 1 qəsəbədə cəmi 20351 əhali abonenti və 258 qeyri əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2025