Termal kameralar binanın damını ölçdü! Temperatur 100 dərəcəyə çatdı
Tarix: 08-07-2025 | Saat: 20:15
Bölmə:Özəl | çapa göndər

Yunanıstanın paytaxtı Afinada termal kameralar binaların damlarında ölçü götürüb. Ölçmələr göstərib ki, havanın temperaturu 100 dərəcəyə çatıb.
Afina Bələdiyyəsi şəhərdə termal kamera ilə etdiyi ölçmələri mətbuatla paylaşıb.
Havanın temperaturunun 40 dərəcəyə çatdığı şəhərdə istilik kamerası binaların damlarında 100 dərəcəyə qədər ölçü götürüb.
Termal kameranın məlumatlarına görə, asfaltda temperatur 70 dərəcəyə çatıb.
Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, həftənin əvvəlindən ölkə daxilində davam edən səhra istiləri sabah da təsirini davam etdirəcək.
Havanın temperaturu bir çox yerlərdə 40 dərəcəni keçəcək.
Paytaxt Afinada həddindən artıq isti hava şəraiti səbəbiylə həm tarixi məbəddəki işçilərin, həm də ziyarətçilərin təhlükəsizliyi üçün tarixi Akropol Məbədi bu gün saat 13:00-17:00 arasında ziyarətçilərə bağlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmçinin havanın temperaturunun yüksək olduğu bölgələrdə təhlükəsizlik məqsədilə saat 12:00-17:00 arası açıq yerlərdə fiziki güc tələb edən işlərdə işçilərin işə götürülməsini qadağan edib.
Bu çərçivədə yük daşıma, kuryer, inşaat və tərsanə kimi sahələrdə işlər günorta saatlarında dayandırıldı.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025