Mobil versiya
Zelenski deyib ki, minlərlə xarici hərbçi Ukraynaya yerləşdirilə bilər
Tarix: 05-09-2025 | Saat: 21:18
Bölmə:Özəl | çapa göndər

Zelenski deyib ki, minlərlə xarici hərbçi Ukraynaya yerləşdirilə bilər
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə minlərlə xarici hərbçinin göndərilməsi ilə bağlı avropalı tərəfdaşları ilə danışıqlar apardıqlarını açıqlayıb.
Zelenski Ukraynanın Ujqorod şəhərində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə birgə mətbuat konfransında danışıb.

Jurnalistin Ukraynada 10 min xarici hərbçinin yerləşdirilməsi ilə bağlı sualını cavablandıran Zelenski, "Sayı qeyd etməyəcəyəm, amma bütün bunları müzakirə etməyimiz vacibdir. Bəli, bu, mütləq birliklərlə deyil, minlərlə olacaq" dedi.

Zelenski həmçinin ölkəsi üçün uzunmüddətli təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini bir daha vurğulayıb.

Ukrayna prezidenti Zelenski bəyan edib ki, “İstəklilər Koalisiyası”na daxil olan 35 ölkədən 26-sı quru, hava, dəniz, kiberməkan və maliyyə kimi sahələrdə təhlükəsizlik zəmanəti verməyə hazırdır.

2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri Aİ Rusiyaya qarşı 18 iqtisadi sanksiya paketi qəbul edib. Rusiyanın sülh danışıqlarında qeyri-səmimi olduğuna inanan Aİ diplomatik prosesi dəstəkləyərək 19-cu paket üzərində işləməyə davam edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025