Mobil versiya
Ali Məhkəmədən "Tərtər işi"ndə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR
Tarix: 05-09-2025 | Saat: 13:42
Bölmə:Gündəm | çapa göndər

Ali Məhkəmədən "Tərtər işi"ndə təqsirləndirilən şəxslərlə bağlı

"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

aia.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.

Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025