Mobil versiya
Beyin ölümü keçirmiş üç nəfərin orqanları başqasına transplantasiya olunub
Tarix: 05-09-2025 | Saat: 15:23
Bölmə:Ölkə | çapa göndər

Beyin ölümü keçirmiş üç nəfərin orqanları başqasına transplantasiya olunub

Son 8 ayda Azərbaycanda beyin ölümü keçirmiş üç nəfərin orqanları ailəsinin razılığı ilə transplantasiya məqsədilə alınıb.

aia.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, əməliyyatların təxminən 99 faizi canlı donordan alınan orqanlar vasitəsilə icra olunub.

"Fevral ayından bu günədək beyin ölümü keçirmiş üç vətəndaşın orqanlarının transplantasiya məqsədilə alınmasına ailəsi razılıq verib. Həmin orqanlardan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyasında istifadə olunub".

Qeyd edək ki, 2025-ci il fevralın 6-da ilk dəfə Azərbaycanda beyin ölümü qeydə alınmış şəxslərin ailəsi tərəfindən orqanlar bağışlanıb və nəticədə qaraciyər, böyrək və gözün buynuz qişa transplantasiyaları uğurla həyata keçirilib. Belə ki, meyit donordan götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.

Materialın tam mətni ilə buradan tanış ola bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-09-2025