Mobil versiya
Qlobal Sumud Donanmasına qoşulan Yunanıstandan altı qayıq səyahətlərini davam etdirir
Tarix: 19-09-2025 | Saat: 19:48
Bölmə:Özəl | çapa göndər

Qlobal Sumud Donanmasına qoşulan Yunanıstandan altı qayıq səyahətlərini davam etdirir

Qlobal Sumud Flotillasına qoşulan Yunanıstandan altı qayıq Qəzzaya humanitar yardım çatdırmaq məqsədi ilə səyahətinə davam edir.
“Efimerida ton Syntakton” qəzetinin məlumatına görə, tamamilə könüllülərdən ibarət 46 nəfərlik komanda İsrail blokadasını yarmaq və Qəzzaya humanitar yardım çatdırmaq məqsədi daşıyır.

Xəbərdə Yunanıstandan yola düşən "Oksigono", "Vangelis Pissias", "Pavlos Fyssas", "Ahed Tamimi", "Free Willy" və "İlektra" qayıqlarının Yunanıstanın Milos adasına çatdığı və beynəlxalq donanmanın digər üzvlərini orada gözlədiyi bildirilib.

Qəzet İtaliyanın Siciliya şəhərində yerləşən beynəlxalq donanma ilə görüşdükdən sonra gəmilərin Aralıq dənizində birlikdə üzərək Qəzzaya çatmağı hədəfləyəcəyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025