Mobil versiya
İsrail Kerame sərhəd-keçid məntəqəsini iki gündür bağlı saxlayıb
Tarix: 19-09-2025 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

İsrail Kerame sərhəd-keçid məntəqəsini iki gündür bağlı saxlayıb

İsrailin dünəndən bəri işğal altındakı İordan çayının qərb sahili ilə İordaniya arasındakı Əl-Kərəmə sərhəd keçidini hər iki istiqamətdə bağlı saxladığı bildirilib.
Fələstin Sərhəd Keçid İdarəsi (PAB) İsrail rəsmilərinin keçidi bağladığını və gələn maşınları Yerixoya qaytardığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahili ilə İordaniya arasındakı keçid məntəqəsinə silahlı hücum nəticəsində iki israilli həlak olub
İsrail mediası Karame sərhəd-keçid məntəqəsinin, eləcə də İordaniya vadisindəki bir neçə digər keçid məntəqəsinin qeyri-müəyyən müddətə bağlandığını bildirib.

İsrail dövlət televiziyası baş nazir Benyamin Netanyahunun dünən iki əsgərin ölümü ilə nəticələnən hücumda İordaniyanı günahlandırdığını və Təl-Əviv hökumətinin İordaniya üzərindən Qəzzaya humanitar yardım axınını dayandırdığını bildirib.


Ötən gün İordan çayının qərb sahili ilə İordaniya arasında İsrailin işğalı altında olan sərhəd keçid məntəqəsi olan Kral Hüseyn körpüsünə (Allenbi Sərhəd Keçidi) silahlı hücum nəticəsində iki İsrail əsgərinin öldürüldüyü bildirilir.

İsrail mediası hücumçunun qarşıdurmada öldürüldüyünü bildirib.

Hücum edənin İordaniya vətəndaşı olduğu və Qəzzaya yardım aparan yük maşınlarından birinin sürücüsü təyin edildiyi iddia edilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025