Mobil versiya
Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı - 7 nəfər öldü
Tarix: 19-09-2025 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı -

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.

Bu barədə aia.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025