Mobil versiya
Bakının bu hissəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Tarix: 19-09-2025 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Bakının bu hissəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah saat 08:00-dan sentyabrın 21-i saat 22:00-a qədər paytaxtın Yasamal rayonunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

aia.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, söhbət Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinə qədər olan hissədən, eləcə də Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinə qədər olan hissədən gedir.

"Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025