Asif Əsgərov anım tədbirlərində iştirak edib -Fotolar
Tarix: 15-10-2025 | Saat: 16:28
Bölmə:Gündəm | çapa göndər

Zaqatala rayonunda Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinə həsr olunan anım tədbirləri keçirilib. Şəhidlərin ildönümü ilə bağlı keçirilən tədbirlərdə Millət vəkili Asif Əsgərov,Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov,Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov,hüquq-mühafizə orqanları,ictimaiyyətin nümayəndələri və kənd sakinlərinin iştirak ediblər. Muğanlı, Qandax və Bəhmətli kəndlərində şəhid Xəlilli Nicatın, Əhmədli Aydının və Ümid Məmmədovun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Tədbirlərdə çıxış edənlər şəhidlərimizin və bütün qəhrəman oğullarımızın göstərdiyi igidlikdən, torpağa və bayrağa olan sədaqət və fədakarlıqlarından danışıblar.
Millət vəkili Asif Əsgərov çıxışında bildirib ki, şəhidlərimizin canı və qanı bahasına bu gün azad və qalib bir Azərbaycanda yaşayırıq. 44 günlük Vətən müharibəsində Zaqatala rayonunun igid oğulları da xalqımızın tarixi Zəfərinə böyük töhfə verib. Onlar Vətənə olan sevgilərinin, sədaqətlərinin ən ali zirvəsini – şəhidlik zirvəsini fəth ediblər. Hər bir şəhidimizin xatirəsi bizim üçün müqəddəsdir. Şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
O, şəhid ailələrinin qayğıları ilə maraqlanıb,vətəndaşların müraciətlərini dinləyib, səlahiyyəti çərçivəsində həlli mümkün məsələlərin yerində həll olunması, digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürüləcəyini bildirib.
Sonda şəhid ailələri və vətəndaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025