Almaniya Polşada Eurofighter təyyarələrini yerləşdirəcək
Tarix: 15-10-2025 | Saat: 20:31
Bölmə:Özəl | çapa göndər

Almaniyanın NATO-nun şərq cinahını qorumaq üçün Polşanın Malbork hərbi hava bazasına Eurofighter təyyarələrini yerləşdirəcəyi bildirilir.Almaniyanın müdafiə naziri Boris Pistorius NATO Müdafiə Nazirləri Toplantısında iştirak etdiyi Brüsseldə jurnalistlərə açıqlama verib.
Nazir Pistorius, "Hazırda bir neçə Eurofighter ilə Rumıniyanın Konstansa şəhərindəyik. Gələcəkdə biz də bir neçə Eurofighter ilə Polşanın Marburq şəhərində olacağıq. Bu, bizə ittifaqın şərq sərhədində daha aktiv, daha görünən və daha çox varlığa imkan verəcək. Patrul uçuşları vasitəsilə şərq cinahının qorunmasına töhfə verəcəyik".
Almaniyanın göndərəcəyi təyyarə şərq cinahını qorumaq üçün NATO-nun “Şərq keşikçiləri” əməliyyatı çərçivəsində fəaliyyət göstərəcək.
Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozmasına cavab olaraq “Şərq keşikçisi” əməliyyatı sentyabr ayında başlayıb.
Polşadakı yeni missiya dekabrda başlayacaq və 2026-cı ilin martına qədər davam edəcək.
“Şərq keşikçiləri” əməliyyatında Almaniyadan başqa, Fransa, Böyük Britaniya, Çexiya və Danimarka da iştirak edir.
Almaniya əvvəllər Polşada müşayiət uçuşlarında iştirak edən Rostok-Laage aviabazasından dörd Eurofighter qırıcısı təqdim edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025