İtaliya-İsrail matçına etiraz olaraq 13 nəfər yaralanıb, 15 nəfər saxlanılıb
Tarix: 15-10-2025 | Saat: 22:54
Bölmə:Özəl | çapa göndər

DÇ-2026-nın Avropa seçmə mərhələsi çərçivəsində dünən İtaliya və İsrail milliləri arasında keçirilən oyuna etiraz olaraq 13 nəfərin yaralandığı, 15 nəfərin saxlandığı bildirilib.
İtaliyanın İsrail üzərində 3:0 hesablı qələbəsindən sonra Udine şəhərinin mərkəzində keçirilən etiraz aksiyasının son mərhələsində zorakılıqlar baş verib.
İtaliya-İsrail matçından əvvəl minlərlə insan İsrailə etiraz edib.
İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, insidentlər zamanı iki jurnalist və 11 təhlükəsizlik işçisi də daxil olmaqla 13 nəfər yaralanıb, daha 15 nəfər saxlanılıb.
Həmçinin bildirilib ki, qarşılaşma zamanı “Bluenergy” stadionunda tribunadan meydana daxil olmaq istəyən 3 nəfər meydandakı səlahiyyətlilər tərəfindən dayandırılıb, Fələstin bayraqlarını dalğalandıranlara qarşı qanuni tədbirlər görülüb.
İtaliya-İsrail matçı zamanı Udine şəhərində keçirilən nümayişə təxminən 10 min adam qatılıb.
Etirazçılar əllərində Qəzzada soyqırım törətdiyinə görə “İsrailə qırmızı vərəqə göstərin” yazılmış lövhələr qaldırıb və İsrailin beynəlxalq idman tədbirlərinə qadağa qoyulmasını tələb ediblər.
Yürüşün son mərhələsində bir qrup stadiona yaxınlaşmağa cəhd edərkən təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verib.
İsveçrəli fəallar Berndə Fələstin tərəfdarlarının etirazına polis zorakılığı ilə bağlı araşdırma aparılmasını tələb edirlər
Bu arada isveçrəli fəallar ötən həftə paytaxt Berndə keçirilən Fələstin tərəfdarı və İsrail əleyhinə etiraz aksiyasına qarşı polis zorakılığını pisləyib və araşdırmaya çağırıblar.
Nümayişdə iştirak edən 30-a yaxın təşkilat oktyabrın 11-də Berndə keçirilən Fələstin tərəfdarı və İsrail əleyhdarı etiraza polisin zorakı reaksiyası ilə bağlı ortaq yazılı bəyanat yayıb.
Bəyanatda Berndə polis zorakılığı pislənilib və nümayiş hüququnun ciddi şəkildə qorunması tələb olunub.
Bəyanatda Bern polisinin oktyabrın 11-də hərəkətləri ilə bağlı "dərhal, müstəqil və qərəzsiz" araşdırma tələb olunur.
Xəsarət alan etirazçıların sayının 256 olduğu bildirilərək, polisin tədbir görmədiyi və xüsusilə qatar stansiyasına doğru gedən etirazçılara qarşı "vəhşi zorakılığa" əl atdığı ifadə edildi.
Mətbuatın hadisələri təhrif etdiyinə diqqət çəkən açıqlamada, "Etirazçılara su şırnaqları vuruldu, eyni zamanda gözyaşardıcı qaz və dəyənəklərlə hücum edildi. Bu hadisə etirazçılar arasında çoxlu sayda yaralanmalara səbəb oldu".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025