Mobil versiya
ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü
Tarix: 20-10-2025 | Saat: 13:29
Bölmə:Manşet / Gündəm | çapa göndər

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2025-ci il 20 oktyabr tarixində mina hadisəsi baş verib.

Bu barədə aia.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

"Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir", - deyə məlumatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025