Mobil versiya
İfrat sağçı İsrail naziri Ben-Qvir :Ölüm cəzası tətbiq olunmasa, hökumətdən dəstəyi geri çəkəcəyik
Tarix: 20-10-2025 | Saat: 20:05
Bölmə:Özəl | çapa göndər

İfrat sağçı İsrail naziri Ben-Qvir :Ölüm cəzası tətbiq olunmasa, hökumətdən dəstəyi geri çəkəcəyik
İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bildirib ki, “terror cinayətlərinə görə ölüm cəzası nəzərdə tutan” qanun layihəsi üç həftə ərzində Baş Assambleyaya səsverməyə çıxarılmasa, hökuməti dəstəkləməyəcək.
Bu gün İsrail parlamentində yeni qanunvericilik ili açılıb.

Hakim partiya olan Yəhudi Güc Partiyasının lideri Ben-Qvir partiya qrupundakı çıxışında uzun müddətdir davam edən “terror cinayətlərinə görə ölüm cəzası” məsələsini qaldırıb.

Ben-Qvir Baş nazir Benyamin Netanyahuya müraciət edərək, ölüm cəzası qanun layihəsinin üç həftə ərzində Baş Assambleyaya səsverməyə çıxarılmayacağı təqdirdə partiyasının hakim koalisiyaya dəstək verməyəcəyi ilə hədələyib.

İsraildə Milli Təhlükəsizlik Komitəsi ifrat sağçı partiyaların dəstəklədiyi terrorçuların ölüm cəzasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib və sentyabrın sonunda parlamentə səsverməyə göndərib.

Bildirilib ki, qanun layihəsi Baş Prokurorluğun etirazına görə Baş Assambleyaya göndərilməyib. Qanun layihəsinin izahatında deyilirdi ki, “İrqçilik və ya xalqa qarşı düşmənçilik zəminində qətl törətməkdə təqsirli bilinən və bu hərəkəti İsrailə zərər vermək və yəhudi xalqının öz vətənlərində dirçəltmək niyyəti ilə törədən terrorçular məcburi ölüm cəzasına məhkum edilir”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2025