Aİ 2028-ci ildə Rusiyadan qaz idxalını dayandıracaq
Tarix: 20-10-2025 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tamamilə dayandırmaq planını dəstəkləyib.
Aİ Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensusa gəldiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini açıqlayıblar.
Rusiyadan enerji asılılığına son qoyma planının plana uyğun olduğu vurğulanan açıqlamada, "Təklif edilən tənzimləmə, Rusiyadan boru kəməri qazı və LNG idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa təqdim edir. Bunun bir hissəsi olaraq, 1 yanvar 2028-ci il tarixindən etibarən Rusiya qazına tam qadağa tətbiq ediləcək".
Açıqlamada bildirilib ki, plana əsasən, Rusiyadan qaz idxalı 2026-cı il yanvarın 1-dən yeni müqavilələr, 17 iyun 2026-cı il tarixindən etibarən mövcud qısamüddətli müqavilələr və 1 yanvar 2028-ci ildən başlayaraq uzunmüddətli müqavilələr üzrə mərhələli şəkildə dayandırılacaq.
Bəyanatda qeyd olunub ki, mövcud müqavilələrdə yalnız məhdud dəyişikliklərə icazə veriləcək və təchizatla bağlı çətinliklərlə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik təklif olunacaq.
Təklif olunan qanun Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
2021-ci ilə qədər Aİ təbii qazın 45 faizini Rusiyadan alırdı. Ötən il Aİ-nin Rusiyadan qaz idxalı 19 faizə düşüb.
Bir çox Aİ ölkələri hələ də Rusiyadan LNG və boru kəməri qazı almağa davam edir.
Qazprom: Avropada qış soyuq keçərsə, təbii qaz bazarında problemlər yarana bilər.
Rusiyanın enerji şirkəti "Qazprom"un sədri Aleksey Miller, Avropa enerji bazarının çətin bir dövrlə üzləşdiyini ifadə edərək, "Qışın necə keçəcəyini bilmirik. Ancaq soyuq bir qış keçərsə, Avropa təbii qaz bazarında problemlər yarana bilər" dedi.
Rusiyanın “Rossiya-24” dövlət televiziyasına müsahibəsində Miller bu il “Sibirin Gücü 1” boru kəməri ilə Çinə 38 milyard kubmetrdən çox qaz nəql edəcəklərini bildirib.
Çin və Rusiyanın təbii qaz bazarının ən əhəmiyyətli oyunçuları arasında olduğunu vurğulayan Miller, "Region olaraq danışsaq, çox yaxın gələcəkdə qaz bazarının arxitekturasını şübhəsiz ki, ən böyük qaz istehsalçısı Rusiya və ən böyük qaz istehlakçısı Çin müəyyənləşdirəcək" dedi.
Aleksey Miller, Avropanın təbii qaz bazarında baş verənləri şərh edərkən, "Avropadakı vəziyyətdən danışsaq, onlar çox çətin vəziyyətdədirlər. Onlar ilk növbədə bərpa olunan enerjiyə çox diqqət yetirdilər və bəzi baxımdan uğurlu oldular. Bəzi ölkələr bütün elektrik ehtiyaclarını bərpa olunan mənbələrdən təmin etdiklərini açıqladılar" dedi.
Vəziyyətin "təbii hadisə" səbəbiylə dəyişdiyinə diqqət çəkən Miller, "Arktika antisiklonuna görə nə günəş, nə də külək var idi və bərpa olunan mənbələrin enerji qarışığına töhfəsi sıfıra düşdü. Avropa ənənəvi karbohidrogen qaynaqlarına çıxış uğrunda mübarizəni uduzdu" dedi.
Qışın necə keçəcəyini təxmin etməyin qeyri-mümkün olduğunu bildirən Miller, "Qışın necə keçəcəyini bilmirik. Ancaq soyuq bir qış yaşasaq, Avropa təbii qaz bazarında problemlər yarana bilər. Bu, heç kimin gizlətmədiyi məlumatlardan da görünür. Qışda Avropa təbii qaz bazarında dalğalanmalar olacaq" dedi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər