Mobil versiya
Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir - Ərdoğan
Tarix: 29-10-2025 | Saat: 09:38
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir -

Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.

aia.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığına ilk yerli istehsal olan “Altay” tankının təhvil verilməsi mərasimində bildirib.

Onun sözlərinə görə, ВМС şirkətinin yeni müəssisəsi ayda səkkiz “Altay” tankı və 10 “Altuğ” zirehli döyüş maşını istehsal etmək gücünə malikdir.

““Altay” tanklarının vacib komponentləri də daxil olmaqla, xarici təchizatçılardan istənilən asılılığı aradan qaldırmağa çalışırıq”, - deyə prezident Ankaranın yerli hərbi-sənaye kompleksinin inkişafında qətiyyətini vurğulayıb.

Türkiyə lideri hesab edir ki, məhdudiyyətlər və maneələr Türkiyənin bəyan etdiyi məqsədlərə doğru yolunu ləngidə bilər, lakin qarşıya qoyulan məqsədlərinə çatmasına mane ola bilməz. “Biz ya məqsədimizə alternativ yol tapacağıq, ya da yeni bir yol acacağıq”, - deyə Ərdoğan qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2025