Teymur Mehdiyev işə çıxmır - Əvəzinə vətəndaş qəbulunu görün kim keçirirmiş...
Tarix: 29-10-2025 | Saat: 16:21
Bölmə:Gündəm | çapa göndər

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin fövqəladə hallar nazirinin müavini olan oğlu Teymur Mehdiyev vətəndaş qəbulu keçirmir.
aia.az "Unikal"a istinadla bildirir ki, ötən gün general-mayor Teymur Mehdiyevin vətəndaş qəbulu nəzərdə tutulub. Lakin, T.Mehdiyev vətəndaşları özü qəbul etməyib. Onun əvəzinə qəbulu polkovnik Riyad Muğanlinski həyata keçirib.
General-mayor Teymur Mehdiyevin işə çıxmadığı da bildirilir.
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavinləri hər ay vətəndaş qəbulu keçirirlər.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-10-2025