Braziliyada narkotik əməliyyatı: 60 nəfər öldürülüb
Tarix: 29-10-2025 | Saat: 11:03
Bölmə:Özəl | çapa göndər

İlkin məlumatlara görə, Braziliyanın Rio-de-Janeyro əyalətində keçirilən narkotik əməliyyatında dörd polis əməkdaşı da daxil olmaqla 60 nəfər öldürülüb.Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastro bildirib ki, "Comando Vermelho" cinayətkar təşkilatının bölgədə yayılmasının qarşısını almaq məqsədilə 2500 polis əməkdaşının cəlb olunduğu əməliyyat keçirilib.
Kastro qeyd edib ki, təhlükəsizlik qüvvələri 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalında yerləşən Alemao və Penha bölgələrinə daxil olub.Təhlükəsizlik qüvvələrinin əməliyyat zamanı silahlı müqavimətlə qarşılaşdığını bildirən Kastro, ilkin məlumatlara görə, əməliyyat zamanı dörd polis məmuru da daxil olmaqla 60 nəfərin həyatını itirdiyini bildirib.
Kastro təhlükəsizlik qüvvələrinin ən azı 81 nəfəri saxladığını vurğulayaraq, bunun ştat tarixində ən əhatəli əməliyyat olduğunu bildirdi.
Kastro sakinlərə əməliyyat zamanı evdə qalmaları barədə xəbərdarlıq etdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-10-2025