Mobil versiya
İrəvanda siyasi gərginlik artır – Paşinyandan sərt mesaj
Tarix: 17-04-2026 | Saat: 13:34
Bölmə:Özəl | çapa göndər

İrəvanda siyasi gərginlik artır – Paşinyandan sərt mesaj


Ermənistanda qarşıdan gələn seçkilər öncəsi siyasi vəziyyət daha da gərginləşir. Baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən biri kimi erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın yaratdığı “Güclü Ermənistan” hərəkatı göstərilir. Son sorğular onun hakim partiyadan sonra ən çox dəstək alan qüvvələrdən biri olduğunu ortaya qoyur. Karapetyanın seçkilərdə iştirak üçün Rusiya və Kipr vətəndaşlığından imtina edəcəyi də bildirilir.

Moskva ilə əlaqələr və regional proseslər fonunda Karapetyanın namizədliyi siyasi dairələrdə diqqətlə izlənilir. Eyni zamanda, onun tərəfdarlarının İrəvanda keçirdiyi mitinqlər və Qarabağla bağlı ritorikası da müzakirələrə səbəb olub. Paşinyan isə bu cür çağırışların regionda yeni gərginlik riskini artırdığını deyərək, Ermənistanın beynəlxalq tanınmış sərhədləri daxilində sülh siyasətinin vacibliyini vurğulayıb və hər hansı revanşist yanaşmaların ölkəni təhlükəyə sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026