Mobil versiya
"Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər" - Hikmət Hacıyev
Tarix: 17-04-2026 | Saat: 13:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər" -

Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Azərbaycan bölgədə ölkələrin öz nizamını qurmalı olduğunu deyib:

"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

"Türkiyə və Azərbaycan arasında abu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də burada daxil edə bilərik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026