Mobil versiya
Kişinyovdan Moskvanı hədəf alan diplomatik addım – Rusiya hərbçilərinə giriş qadağası
Tarix: 17-04-2026 | Saat: 13:39
Bölmə:Özəl | çapa göndər

Kişinyovdan Moskvanı hədəf alan diplomatik addım – Rusiya hərbçilərinə giriş qadağası


Moldova hökuməti Dnestryanı bölgədə “qanunsuz yerləşdirilmiş” Rusiya Qoşunlarının Operativ Qrupunun rəhbər heyətini ölkə ərazisində arzuolunmaz şəxs elan edib. Qərar komandan Dmitri Zelenkov və onun müavinlərini də əhatə edir.

Məlumata görə, bu addım Xarici İşlər Nazirliyi deyil, Baş Miqrasiya Müfəttişliyi tərəfindən hüquqi əsaslarla qəbul edilib. Səbəb kimi Rusiya hərbçilərinin Moldova ərazisində qanunsuz mövcudluğu göstərilir.

Qərardan sonra sözügedən hərbi heyətin Moldova ərazisinə daxil olması qadağan edilib və pozuntu halında deportasiya və uzunmüddətli giriş yasağı tətbiq oluna bilər. Bu isə Dnestryanı bölgədə Rusiya hərbi varlığına qarşı Kişinyovun təzyiqlərini daha da artırır.

Ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsi və regional gərginlik fonunda Moldovanın bu addımı Moskva–Kişinyov münasibətlərində yeni diplomatik qarşıdurma mərhələsi yarada bilər. Rusiya tərəfi isə hələlik qərara rəsmi reaksiya verməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026