Mobil versiya
Bu il maksimum balı o topladı
Tarix: 17-04-2026 | Saat: 19:00
Bölmə:Təhsil | çapa göndər

Bu il maksimum balı o topladı

9 mart tarixində keçirilən buraxılış imtahanında üç nəfər maksimum nəticə göstərib.

aia.az xəbər verir ki, Onlardan biri də Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğludur.

Buraxılış imtahanında maksimum - 300 bal toplayan abituriyent öz nəticəsi ilə bağlı təəssüratlarını bölüşüb.

O, nəticəni imtahandan qısa müddət sonra öyrənib:

“Hazırlıqdan qayıdanda nəticəni aldım. Açığı, təxmin edirdim, amma tam əmin deyildim. Düşünürdüm ki, açıq sualları necə yoxlayacaqlar, orada səhvim ola bilər. Amma içimdə bir hiss var idi ki, nəticə yüksək olacaq".

Onun əsas hədəfi Azərbaycan Tibb Universitetinə qəbul olmaq və “Müalicə işi” ixtisası üzrə təhsil almaqdır. Q. Muhammedali qəbul imtahanında da yüksək nəticə göstərəcəyinə inandığını deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026