Arpa gölünün aynasında cİlalanan ömür dastanı: Professor Məhəmməd İmanli və ədalətİn təntənəsİ
Tarix: 18-04-2026 | Saat: 07:45
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Ağbaba mahalının hər daşında bir dözüm, hər gədiyində bir mərdlik hekayəsi gizlənib. Bu torpağın övladları çətinliklərdən qorxmamağı, ədalətsizliyə boyun əyməməyi uca dağlardan öyrəniblər. "101 Ağbabalı" silsiləsinin növbəti qəhrəmanı, hüquq elmləri doktoru, professor Məhəmməd Nağı oğlu İmanlı məhz belə bir xarakterin, sarsılmaz iradənin təcəssümüdür.
Tarixin yaddaş qatlarını vərəqlədikcə, Azərbaycanın qədim və əzəli oğuz yurdu olan Ağbabanın adı hər zaman vüqar, sarsılmazlıq və mərdlik rəmzi kimi qarşımıza çıxır. Bu torpaqlar minilliklər boyu türkün nəfəsi ilə qızınmış, onun qəhrəmanlıq dastanlarına, şanlı keçmişinə şahidlik etmişdir. Ağbaba təkcə coğrafi bir məkan, uca dağlar silsiləsi deyil; o, həm də bir mənəviyyat qalası, sarsılmaz bir türk ruhunun mərkəzidir. Bu qalanın təməlində polad bir iradə, torpağa sonsuz bağlılıq və azadlıq eşqi dayanır. Zamanın amansız rüzgarları, tarixin qanlı fırtınaları bu mahalı dəfələrlə sınağa çəksə də, Ağbabanın ruhu heç vaxt sarsılmamış, öz ləyaqətini və bütövlüyünü hər bir övladının xarakterində, baxışında, sözündə yaşatmışdır.
Ağbaba insanı sanki o vüqarlı dağların sərtliyindən və durnagözlü bulaqların büllur saflığından yoğrulmuşdur. Onların xarakterindəki ən bariz cizgi sözünə bütövlük, əhdinə sadiqlikdir. Bu torpağın insanı üçün vəd vermək – müqəddəs bir and içmək kimidir. Onlar səmimiyyəti dürüstlüklə, təvazökarlığı isə daxili bir qürurla elə bir vəhdətdə birləşdirirlər ki, bu, ancaq uca dağlar qoynunda böyüyən insanlara məxsus ola bilər. Ağbabalı harada olursa-olsun, dünyanın hansı nöqtəsində yaşayıb-yaratmasından asılı olmayaraq, öz kökünə, el-obasına və milli kimliyinə olan sarsılmaz sadiqliyi ilə seçilir. Çətinliyə dözmək, haqsızlığa boyun əyməmək və qaranlığı yarıb ziyaya, elmə can atmaq bu insanların qan yaddaşından gələn bir missiyadır.
Ağbabanın ən füsunkar, ruhu oxşayan guşələrindən biri, Arpa gölünün kənarında qərar tutan, qədim və əzəli adı ilə qəlbləri riqqətə gətirən Gülsehran kəndidir. Təsəvvür edin: göyün üzü Arpa gölünün ayna sularına köçüb, o büllur sular isə sahilin rəngbərəng güllərini, ətirli çiçəklərini öz qoynunda bəsləyir. Təəssüf ki, tarixin sonrakı dövrlərində bu cənnətməkan yurd yerinin adı dəyişdirilərək Çivinli qoyulsa da, o torpağın yaddaşında, hər bir daşında həmişə Gülsehranın ətri, onun əzəli ruhu və nəfəsi qaldı. Bu kənd sanki kainatın ən usta rəssamının əlindən çıxmış bir canlı tablodur. Səhərlər gölün üzərindən qalxan sehrli duman, axşamlar uca dağların arxasında qürub edən günəşin qırmızı şəfəqləri Gülsehranın hər qarışına bir əsrarəngiz cazibə qatardı. Bu ayna suların sahilində boya-başa çatmaq, hər gün o duruluğa, o şəffaflığa baxmaq insanın daxili aləmini də o sular kimi təmiz, o sular kimi dərin edir.
Məhz belə bir mühitdə, 1962-ci ildə, Arpa gölünün pıçıltılarını dinləyərək, durnagözlü bulaqlarından su içərək dünyaya göz açan Məhəmməd Nağı oğlu İmanlı öz təbiətində həmin suların dərinliyini və saflığını daşıdı. O, halal zəhməti, el-oba içindəki ağır çəkisi və ağsaqqal sözünə bağlılığı ilə tanınan Nağı kişinin ocağında böyüdü. Bu ailə mühiti ona dürüstlüyü, haqqı nahaqqa verməməyi və hər şeydən öncə insaniyyəti bir ömür dərsi kimi aşıladı. Elmin zirvəsinə gedən yolun ilk müqəddəs cığırları Gülsehranın səkkizillik məktəbindən başlandı. Bilik susuzluğu onu hər gün bir addım da irəli apardı və o, təhsilini Güllücə kənd orta məktəbində yüksək qiymətlərlə başa vurdu.
Lakin o dövrdə tüğyan edən, türk övladının uğurunu görməyə gözü olmayan millətçi daşnaq erməni xisləti gənc Məhəmmədin bu parlaq zəkasını həzm edə bilmədi. Orta məktəbi bütün fənlərdən "əla" qiymətlərlə oxuduğu üçün o, Güllücə kənd orta məktəbi və Amasiya Rayon Təhsil Şöbəsi tərəfindən Ermənistan Respublikası Təhsil Nazirliyinin təsdiqlədiyi "Qızıl medal"a layiq görülsə də, halal haqqı erməni şovinizminin qurbanı oldu. Həmin dövrün bütün rəsmi sənədləri ilə medalı təsdiq olunmuşdu. Hətta Amasiya rayonu Maarif şöbəsinin müdiri, ədalət carçısı və böyük ziyalı Mehdi Haqverdiyev onun haqqının tanınması üçün dəfələrlə İrəvan şəhərində Maarif Nazirliyində olmuş, İmanlını özü ilə apararaq ən yüksək instansiyalara, o zamankı Ermənistan Mərkəzi Komitəsinə müraciət etmişdi.
Lakin nəticədə nazirlikdə işləyən N.İbrahimov kimi şəxslər ermənilərin qərəzli və riyakar mövqeyini müdafiə etdilər. M.Haqverdiyev bu gün də o günləri acı xatirələrlə yada salır, İrəvanda keçirilən imtahanlarda Məhəmmədin hər iki fəndən ən yüksək göstəricini — "əla" qiymətini əldə etdiyini və hətta N.İbrahimovun şəxsən həmin imtahanlarda iştirak etdiyini vurğulayır. Bu, unudulmaz bir haqsızlıq yarası idi; "Qızıl medal" həqiqi sahibinə çatmamışdı, lakin Məhəmməd gənc yaşından belə riyakar millətçi ermənilərin haqsızlıqları ilə üzləşməsinə baxmayaraq ruhdan düşməmiş, barışmaz prinsipial mövqe sərgiləmişdi.
Təhsilini davam etdirmək üçün o zamanki C.İldırım adına Politexnik İnstitutuna yüksək balla daxil oldu. Lakin daxilindəki səs onu başqa zirvəyə — hüququn ədalət zirvəsinə səsləyirdi. Arzusu "hüquqşünas" olmaq idi. O zaman hüquq fakültəsinə qəbul üçün iki il əmək stajı və hərbi xidmət əsas idi. Odur ki, başladığı yolu yarımçıq qoyub, sarsılmaz bir iradə ilə hərbi xidmətə yollandı. Xidməti başa vurduqdan sonra daha iki il çalışdı və yenidən sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə verdi. Dörd imtahanın üçündən "əla" alaraq əyani şöbəyə daxil oldu və 1993-cü ildə buranı fərqlənmə diplomu ilə bitirdi. Universitetin Elmi şurasının qərarı ilə gənc kadr kimi saxlanıldı, aspiranturaya daxil oldu və pedaqoji fəaliyyətə başladı.
O dövrlər hüquq üzrə müdafiə etmək polad kimi iradə tələb edirdi. Amma Məhəmməd İmanlı müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi aldı. BDU-nun Cinayət hüququ kafedrasında müəllimlikdən professorluğa qədər ucaldı. 2004-cü ildə isə Qərbi Azərbaycandan olan ziyalılar arasında hüquq üzrə ilk doktorluq dissertasiyasını müdafiə edən ilk alim kimi tarixə düşdü. O, 2001-ci ildə ilk dəfə ana dilimizdə "Cinayət hüququ: Xüsusi hissə" dərsliyini yazaraq təhsilimizdə yeni bir səhifə açdı.

Professor Məhəmməd İmanlının həyat yolu sanki sıldırım qayalıqlardan keçib günəşli zirvələrə uzanan bir cığırdır. Onun elmdə qazandığı hər bir uğur, əslində uşaqlığında haqqı tapdalanmış o Gülsehranlı uşağın taleyinə verilən ən ali cavab idi. O, təkcə qanunları vərəqlərdən oxuyan bir alim deyil, ədalətli bir ömür fəlsəfəsinə çevirən bir müdriklik mücəssəməsidir. 2009-cu il professorun ömründə xüsusi bir məqam kimi tarixə həkk olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi, əslində onun illər boyu gənc nəslin tərbiyəsində, hüquq elminin saflaşmasında çəkdiyi zəhmətin dövlət səviyyəsindəki bədii təsdiqi idi. O, bu medalı sinəsində gəzdirərkən, həm də ocağından aldığı "doğruya zaval yoxdur" prinsipinin qürurunu daşıyırdı.
Lakin məhz bu ucalıqda o, ömrünün ən ağır fırtınası ilə üzləşdi. Gənclik illərinin o acı xatirəsini — İrəvanda əlindən alınan "Qızıl medal" məsələsini unutmağa çalışdığı zamanlar idi. Görünür, erməni xislətinin ona biçdiyi bu iztirabdan qaçmaq mümkün deyilmiş. BDU-da işlədiyi dövrdə tərkrar eyni əzabı yaşamalı oldu. Bu dəfə daha ağırını. Erməni mahiyyətinə qulluq edənlər, dövlət idarəçiliyinin kölgəsində dayanan, hamının elə həmin adla çağırdığı "boz kardinal" Ramiz Mehdiyevin göstərişi ilə ona həbsxana həyatı yaşatdılar.
Bu dəhşətli ssenarinin pərdəarxası daha rəzil idi: Ramiz Mehdiyevin qızı Kama xanımın "rüşvət almaq" təhrikini, o qanunsuz və vicdandan kənar tapşırığı professor yerinə yetirmədiyinə görə, bir qadının hikkəsinə qurban verildi. Ramiz Mehdiyev əlindəki sonsuz hakimiyyət rıçaqlarından istifadə edərək, bu ləyaqətli alimi əsassız və qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdi. Bu, sadəcə bir hökm deyil, bir ailənin, bir övladın arzu-istəklərini puç etmək cəhdi idi. Hətta cəmiyyətdə cəsarətli görünən, general rütbəli Ali Məhkəmənin keçmiş sədri belə professorun müraciəti qarşısında: "Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər" — deyərək, qorxusundan məhkəmə andına dönük çıxmışdı. Amma unudurdular ki, kökü Gülsehranın durnagözlü bulaqlarına, ruhu Ağbabanın sarsılmaz dağlarına bağlı olan kəsi heç bir zindan kiçildə bilməz.
İllər ötdü, minlərlə insanın həyatında və taleyində boz izlər buraxmış boz kardinalın əməlləri faş oldu. O günlərdə professor Məhəmməd İmanlı sükutu pozdu və Ramiz Mehdiyevə Azərbaycanın ictimai-siyasi yaddaşına bir tokat kimi dəyən o tarixi açıq məktubu yazdı:
"Hörmətli Ramiz müəllim, son zamanlar məlum hadisələrlə əlaqədar ünvanınıza – əslində layiq olduğunuzdan – xeyli az qiymət verilir. Bəziləri deyirlər ki, bəs niyə indi? – mən deyim: siz həmişə belə olmusunuz və təəccüblü bir şey görmürəm. Çünki “Lenin babaya” sadiq olanın “opportunizm”, yəni satqınlıq – hər bir vəziyyətdə yalnız öz maraqlarına uyğun hərəkət edən şəxsdən – bundan artıq nə gözlənilməli idi? Sizin ömrünüzdə bir marağınız olub, o da öz marağınız!

Keçən əsrin 70-80-ci illərində, sizi etibar edib yüksək vəzifəyə gətirən Heydər Əliyevin hər sözünə “baş üstə” deyən, ondan sonrakı hakimiyyət dövründə isə arxasınca danışan, onu “baltalayan”, Ulu Öndər yenidən hakimiyyətə gələndə isə onun qapısında oturub qəbuluna düşmək üçün yalvaran, sonra yenə dönük çıxan bir şəxsdən nə gözləmək olar? Axı çox ayıbdır, siz ölkənin inkişafı deyil, daim onun çökməsi istiqamətində çalışmısınız. Sizin nə özünüz, nə də kəmsavad övladlarınız bu vətəni – adi insanlar kimi – sevmir. Çıxışlarınızda hüquq fakültəsini, onun ləyaqətli professor-müəllim heyətini, tələbələrini aşağılayırdınız. İşçi kimi guya işə qəbul etməyə hüquqşünas tapmırdınız? Görürsünüzmü, indi həmin layiqli, vətənpərvər, o zamanın tələbələri sizin törətdiyiniz bu ağır cinayətin istintaqını aparırlar. Deməli, adamda mənəviyyat olmasa, nələrə desən qadirdir!
Ramiz müəllim, qızınız Kama xanımın bir tapşırığını – mənə “rüşvət almaq” təhrikini – o tapşırığı yerinə yetirmədiyimə görə onun hikkəsinə, sizin əlinizdə olan sonsuz hakimiyyət rıçaqlarınızdan istifadə edərək, əsassız, qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdiniz? Bir Kamanın hikkəsinə görə budurmu sizin ədalətiniz?! Nə gözləmək olar? Dönük-satqın hər yanda, hər kəsə satqınlıq edir. Bu, tarixən sübut olunmuş atalar məsələsidir.
Mənim – özümün, ailəmin, övladlarımın gələkək arzu-istəklərini puç etdirdiniz. Barəmdə qanunsuz hökmlə əlaqədar, hətta general rütbəli, cəmiyyətdə özünü guya cəsarətli göstərən Ali Məhkəmənin keçmiş sədrinə müraciət etdikdə – hansı ki, bir-birimizlə münasibətlərimiz olmuşdur, məni çox yaxşı tanıyırdı – “Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər” – deyib. Bu qanunsuz məhkəmə qərarlarına beləcə göz yumdu. Sizin qorxunuzdan məhkəmə andına dönük çıxdı.
Dövlət sizə hər cür şərait yaratdı – yenə siz dönük çıxdınız. Ramiz müəllim, xeyli yaşınız var. Mən arzu edirəm, daha çox yaşayasınız – qoy bir növ digərlərinə dərs olsun ki, əgər sən “dürüst insan” deyilsənsə, son nəticədə əsl sifətin üzə çıxacaq və lənətlərin, nifrətin mənbəyinə çevriləcəksən! Bu məqsədlə, bu səbəbə görə Allahımız “Əzrailə” belə sizə dəyməməyi tapşırıb. Yəni, son nəticədə, hətta doğmalarınız, övladlarınız belə sizə nifrət edəcəklər.
2007-ci ildə Prezident yanında İdarəçilik Akademiyasında “Kimdir o İmanlı?” sualınıza cavab olaraq – o şəxs mənəm. Sizdən fərqli olaraq, 100-lərlə elmi məqalənin, 30-a qədər dərslik, monoqrafiya və dərs vəsaitinin müəllifi, öz zəhmətimə, əziyyətimə arxalanan professoram.
P.S. Deyirlər, kral sarayının həyətində gül əkmək məqsədilə yer qazılarkən torpaqdan çıxan bir qurd deyir: “Kral sağ olsun, dəymə mənə, yoxsa səni yeyərəm”. Elə bu sözdən sonra qəzəblənən kral əlindəki bellə onu iki yerə çapıb deyir: “Sən nəsən ki, mənə hədə-qorxu gəlirsən?!” – və onu atır. Qurdun yarısı torpağın altında qalır. İllər sonra kral ölür. Həmin qurd – yarısı qalan – onun tabutuna yaxınlaşır, taqqıldadır. Kral soruşur: “Kimdir?” Qurd isə cavab verir: “Yarı hissəsini kəsib atdığınız qurdun qalan hissəsidir”.
Hazırda ünvanınıza göndərilən müraciətlərdə öz marağınıza görə neçə-neçə evləri yıxdığınız, ailələri dağıtdığınız şəxslərdir. Və görünür, ürəyiniz soyumayıb, hələ də bu əməllərinizi davam etdirmək istəyirdiniz. Sağ olsun müvafiq qurumlar – əsl simanızı müəyyən edib nəhayət üzə çıxardılar."
Bütün bu ağır sınaqlardan, od-alovdan keçən Məhəmməd İmanlının elmi fəaliyyəti sərhədləri aşdı, dənizləri keçdi. Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasının üzvü seçilməsi, xarici ölkələrin nüfuzlu elmi jurnallarının redaksiya heyətlərində təmsil olunması bir Azərbaycan ziyalısının dünyaya açılan pəncərəsi idi. Professor İmanlı üçün hər bir elmi konfrans, hər bir beynəlxalq məruzə həm də mənsub olduğu o uca xalqın, o uzaqda qalan Ağbabanın səsi idi. O, 2023-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının "İnsan Hüquqları" İnstitutunda "Dövlət Təhlükəsizliyinin Hüquqi Təminatı" şöbəsinə rəhbərlik edərək, dövlətçiliyimizin hüquqi sütunlarını möhkəmləndirən yüzlərlə sənədə, qanuna müdrik bir rəy verdi. Onun rəhbərliyi ilə yüksək ixtisaslı alimlər birgə çalışaraq ölkənin hüquq sisteminə əvəzsiz töhfələr verdilər.

Bu gün o, Dövlət Dənizçilik Akademiyasının professoru kimi gənc dənizçilərə, gələcəyin qurucularına təkcə hüququn sirlərini deyil, həm də mənəviyyatın sahilinə sağ-salamat yetişməyin yollarını öyrədir. Onun rəhbərliyi ilə yetişən onlarla fəlsəfə və elmlər doktoru, professorun elmi ağacının bar verən budaqlarıdır. Yazdığı 14 monoqrafiya, 300-dən çox elmi məqalə və ana dilimizdəki o fundamental dərsliklər — hər biri Məhəmməd müəllimin ömür kitabının ən qiymətli sətirləridir. Dünyanın ən mötəbər elm bazalarında — "Web of Science" Clarivate Analytics kimi nəhəng platformalarda onun məqalələrinə edilən yüzlərlə istinad, bir Azərbaycanlı hüquqşünasın zəkasının dünya elmindəki əks-sədasıdır. O cümlədən İmanlı "İnsan hüquqları və vətəndaş cəmiyyəti naminə" ictimai birliyinin prezidentidir, Qərbi Azərbaycan İcmasının tədbirlərinin fəal iştirakçısıdır.
Lakin bütün bu titulların, medalların və fəxri adların fövqündə dayanan bir Məhəmməd İmanlı var: Qərbi Azərbaycan İcmasının hər bir ağrısına yanan, xalqının haqq səsini dünyaya çatdırmağa çalışan o fədakar insan. O, hər gün işə gedərkən, hər gün bir tələbəsinin gözünə baxarkən ruhunda hələ də o ayna suların — Arpa gölünün şırıltısını duyur, Gülsehranın çiçəklərinin ətrini ciyərlərinə çəkir.
Bu sarsılmaz ömür yolunun sonunda professor Məhəmməd İmanlı obrazı bizə bir həqiqəti pıçıldayır: əsl ziyalılıq təkcə kitablardan süzülən bilik deyil, həm də taleyin ən sərt fırtınalarında əyilməyən mənəvi ucalıqdır. Arpa gölünün sahilində, Gülsehranın durnagözlü bulaqlarından su içib böyüyən o kiçik oğlan uşağının daxili dünyasındakı ədalət işığı, illər sonra Azərbaycan hüquq elminin zirvəsində bir məşələ çevrildi. O, İrəvanda tapdalanan gənclik haqqını da, Bakıda "boz kardinal"ın qurduğu xəyanət tələsini də eyni mətanətlə, eyni ağbabalı vüqarı ilə dəf etdi. Bu gün "101 Ağbabalı" salnaməsində onun adı sadəcə hüquq elmləri doktoru və ya professor kimi deyil, zülmətin içindən alnıaçıq çıxan, saflığını və vətən sevgisini hər şeydən uca tutan bir ləyaqət simvolu kimi keçir. Məhəmməd İmanlı öz varlığı ilə sübut etdi ki, kökü torpağa, ruhu haqqa bağlı olan kəsi heç bir zindan kiçildə, heç bir böhtan ləkələyə bilməz; o, hər zaman öz elinin sönməz ziyası və qürur mənbəyi olaraq qalacaqdır.

Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Gülsehranın duruluğundan başlanan yol

İlk zərbə: erməni qərəzi və "qızıl medal"ın taleyi

Bakı zirvəsi: ilk hüquq doktoru

"Boz kardinal"ın zülmü: qaranlıq illər
Lakin məhz bu ucalıqda o, ömrünün ən ağır fırtınası ilə üzləşdi. Gənclik illərinin o acı xatirəsini — İrəvanda əlindən alınan "Qızıl medal" məsələsini unutmağa çalışdığı zamanlar idi. Görünür, erməni xislətinin ona biçdiyi bu iztirabdan qaçmaq mümkün deyilmiş. BDU-da işlədiyi dövrdə tərkrar eyni əzabı yaşamalı oldu. Bu dəfə daha ağırını. Erməni mahiyyətinə qulluq edənlər, dövlət idarəçiliyinin kölgəsində dayanan, hamının elə həmin adla çağırdığı "boz kardinal" Ramiz Mehdiyevin göstərişi ilə ona həbsxana həyatı yaşatdılar.
Bu dəhşətli ssenarinin pərdəarxası daha rəzil idi: Ramiz Mehdiyevin qızı Kama xanımın "rüşvət almaq" təhrikini, o qanunsuz və vicdandan kənar tapşırığı professor yerinə yetirmədiyinə görə, bir qadının hikkəsinə qurban verildi. Ramiz Mehdiyev əlindəki sonsuz hakimiyyət rıçaqlarından istifadə edərək, bu ləyaqətli alimi əsassız və qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdi. Bu, sadəcə bir hökm deyil, bir ailənin, bir övladın arzu-istəklərini puç etmək cəhdi idi. Hətta cəmiyyətdə cəsarətli görünən, general rütbəli Ali Məhkəmənin keçmiş sədri belə professorun müraciəti qarşısında: "Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər" — deyərək, qorxusundan məhkəmə andına dönük çıxmışdı. Amma unudurdular ki, kökü Gülsehranın durnagözlü bulaqlarına, ruhu Ağbabanın sarsılmaz dağlarına bağlı olan kəsi heç bir zindan kiçildə bilməz.
Faş olan əməllər və tarixi hesablaşma
İllər ötdü, minlərlə insanın həyatında və taleyində boz izlər buraxmış boz kardinalın əməlləri faş oldu. O günlərdə professor Məhəmməd İmanlı sükutu pozdu və Ramiz Mehdiyevə Azərbaycanın ictimai-siyasi yaddaşına bir tokat kimi dəyən o tarixi açıq məktubu yazdı:
"Hörmətli Ramiz müəllim, son zamanlar məlum hadisələrlə əlaqədar ünvanınıza – əslində layiq olduğunuzdan – xeyli az qiymət verilir. Bəziləri deyirlər ki, bəs niyə indi? – mən deyim: siz həmişə belə olmusunuz və təəccüblü bir şey görmürəm. Çünki “Lenin babaya” sadiq olanın “opportunizm”, yəni satqınlıq – hər bir vəziyyətdə yalnız öz maraqlarına uyğun hərəkət edən şəxsdən – bundan artıq nə gözlənilməli idi? Sizin ömrünüzdə bir marağınız olub, o da öz marağınız!

Keçən əsrin 70-80-ci illərində, sizi etibar edib yüksək vəzifəyə gətirən Heydər Əliyevin hər sözünə “baş üstə” deyən, ondan sonrakı hakimiyyət dövründə isə arxasınca danışan, onu “baltalayan”, Ulu Öndər yenidən hakimiyyətə gələndə isə onun qapısında oturub qəbuluna düşmək üçün yalvaran, sonra yenə dönük çıxan bir şəxsdən nə gözləmək olar? Axı çox ayıbdır, siz ölkənin inkişafı deyil, daim onun çökməsi istiqamətində çalışmısınız. Sizin nə özünüz, nə də kəmsavad övladlarınız bu vətəni – adi insanlar kimi – sevmir. Çıxışlarınızda hüquq fakültəsini, onun ləyaqətli professor-müəllim heyətini, tələbələrini aşağılayırdınız. İşçi kimi guya işə qəbul etməyə hüquqşünas tapmırdınız? Görürsünüzmü, indi həmin layiqli, vətənpərvər, o zamanın tələbələri sizin törətdiyiniz bu ağır cinayətin istintaqını aparırlar. Deməli, adamda mənəviyyat olmasa, nələrə desən qadirdir!
Ramiz müəllim, qızınız Kama xanımın bir tapşırığını – mənə “rüşvət almaq” təhrikini – o tapşırığı yerinə yetirmədiyimə görə onun hikkəsinə, sizin əlinizdə olan sonsuz hakimiyyət rıçaqlarınızdan istifadə edərək, əsassız, qanunsuz üsullarla 3 il azadlıqdan məhrum etdirdiniz? Bir Kamanın hikkəsinə görə budurmu sizin ədalətiniz?! Nə gözləmək olar? Dönük-satqın hər yanda, hər kəsə satqınlıq edir. Bu, tarixən sübut olunmuş atalar məsələsidir.
Mənim – özümün, ailəmin, övladlarımın gələkək arzu-istəklərini puç etdirdiniz. Barəmdə qanunsuz hökmlə əlaqədar, hətta general rütbəli, cəmiyyətdə özünü guya cəsarətli göstərən Ali Məhkəmənin keçmiş sədrinə müraciət etdikdə – hansı ki, bir-birimizlə münasibətlərimiz olmuşdur, məni çox yaxşı tanıyırdı – “Məhəmməd, məni bu bəlaya salma, balalarım var, o məni də məhv edər” – deyib. Bu qanunsuz məhkəmə qərarlarına beləcə göz yumdu. Sizin qorxunuzdan məhkəmə andına dönük çıxdı.
Dövlət sizə hər cür şərait yaratdı – yenə siz dönük çıxdınız. Ramiz müəllim, xeyli yaşınız var. Mən arzu edirəm, daha çox yaşayasınız – qoy bir növ digərlərinə dərs olsun ki, əgər sən “dürüst insan” deyilsənsə, son nəticədə əsl sifətin üzə çıxacaq və lənətlərin, nifrətin mənbəyinə çevriləcəksən! Bu məqsədlə, bu səbəbə görə Allahımız “Əzrailə” belə sizə dəyməməyi tapşırıb. Yəni, son nəticədə, hətta doğmalarınız, övladlarınız belə sizə nifrət edəcəklər.
2007-ci ildə Prezident yanında İdarəçilik Akademiyasında “Kimdir o İmanlı?” sualınıza cavab olaraq – o şəxs mənəm. Sizdən fərqli olaraq, 100-lərlə elmi məqalənin, 30-a qədər dərslik, monoqrafiya və dərs vəsaitinin müəllifi, öz zəhmətimə, əziyyətimə arxalanan professoram.
P.S. Deyirlər, kral sarayının həyətində gül əkmək məqsədilə yer qazılarkən torpaqdan çıxan bir qurd deyir: “Kral sağ olsun, dəymə mənə, yoxsa səni yeyərəm”. Elə bu sözdən sonra qəzəblənən kral əlindəki bellə onu iki yerə çapıb deyir: “Sən nəsən ki, mənə hədə-qorxu gəlirsən?!” – və onu atır. Qurdun yarısı torpağın altında qalır. İllər sonra kral ölür. Həmin qurd – yarısı qalan – onun tabutuna yaxınlaşır, taqqıldadır. Kral soruşur: “Kimdir?” Qurd isə cavab verir: “Yarı hissəsini kəsib atdığınız qurdun qalan hissəsidir”.
Hazırda ünvanınıza göndərilən müraciətlərdə öz marağınıza görə neçə-neçə evləri yıxdığınız, ailələri dağıtdığınız şəxslərdir. Və görünür, ürəyiniz soyumayıb, hələ də bu əməllərinizi davam etdirmək istəyirdiniz. Sağ olsun müvafiq qurumlar – əsl simanızı müəyyən edib nəhayət üzə çıxardılar."
Elmin və ləyaqətin əbədi zəfəri
Bütün bu ağır sınaqlardan, od-alovdan keçən Məhəmməd İmanlının elmi fəaliyyəti sərhədləri aşdı, dənizləri keçdi. Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasının üzvü seçilməsi, xarici ölkələrin nüfuzlu elmi jurnallarının redaksiya heyətlərində təmsil olunması bir Azərbaycan ziyalısının dünyaya açılan pəncərəsi idi. Professor İmanlı üçün hər bir elmi konfrans, hər bir beynəlxalq məruzə həm də mənsub olduğu o uca xalqın, o uzaqda qalan Ağbabanın səsi idi. O, 2023-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının "İnsan Hüquqları" İnstitutunda "Dövlət Təhlükəsizliyinin Hüquqi Təminatı" şöbəsinə rəhbərlik edərək, dövlətçiliyimizin hüquqi sütunlarını möhkəmləndirən yüzlərlə sənədə, qanuna müdrik bir rəy verdi. Onun rəhbərliyi ilə yüksək ixtisaslı alimlər birgə çalışaraq ölkənin hüquq sisteminə əvəzsiz töhfələr verdilər.

Bu gün o, Dövlət Dənizçilik Akademiyasının professoru kimi gənc dənizçilərə, gələcəyin qurucularına təkcə hüququn sirlərini deyil, həm də mənəviyyatın sahilinə sağ-salamat yetişməyin yollarını öyrədir. Onun rəhbərliyi ilə yetişən onlarla fəlsəfə və elmlər doktoru, professorun elmi ağacının bar verən budaqlarıdır. Yazdığı 14 monoqrafiya, 300-dən çox elmi məqalə və ana dilimizdəki o fundamental dərsliklər — hər biri Məhəmməd müəllimin ömür kitabının ən qiymətli sətirləridir. Dünyanın ən mötəbər elm bazalarında — "Web of Science" Clarivate Analytics kimi nəhəng platformalarda onun məqalələrinə edilən yüzlərlə istinad, bir Azərbaycanlı hüquqşünasın zəkasının dünya elmindəki əks-sədasıdır. O cümlədən İmanlı "İnsan hüquqları və vətəndaş cəmiyyəti naminə" ictimai birliyinin prezidentidir, Qərbi Azərbaycan İcmasının tədbirlərinin fəal iştirakçısıdır.
Lakin bütün bu titulların, medalların və fəxri adların fövqündə dayanan bir Məhəmməd İmanlı var: Qərbi Azərbaycan İcmasının hər bir ağrısına yanan, xalqının haqq səsini dünyaya çatdırmağa çalışan o fədakar insan. O, hər gün işə gedərkən, hər gün bir tələbəsinin gözünə baxarkən ruhunda hələ də o ayna suların — Arpa gölünün şırıltısını duyur, Gülsehranın çiçəklərinin ətrini ciyərlərinə çəkir.
Bu sarsılmaz ömür yolunun sonunda professor Məhəmməd İmanlı obrazı bizə bir həqiqəti pıçıldayır: əsl ziyalılıq təkcə kitablardan süzülən bilik deyil, həm də taleyin ən sərt fırtınalarında əyilməyən mənəvi ucalıqdır. Arpa gölünün sahilində, Gülsehranın durnagözlü bulaqlarından su içib böyüyən o kiçik oğlan uşağının daxili dünyasındakı ədalət işığı, illər sonra Azərbaycan hüquq elminin zirvəsində bir məşələ çevrildi. O, İrəvanda tapdalanan gənclik haqqını da, Bakıda "boz kardinal"ın qurduğu xəyanət tələsini də eyni mətanətlə, eyni ağbabalı vüqarı ilə dəf etdi. Bu gün "101 Ağbabalı" salnaməsində onun adı sadəcə hüquq elmləri doktoru və ya professor kimi deyil, zülmətin içindən alnıaçıq çıxan, saflığını və vətən sevgisini hər şeydən uca tutan bir ləyaqət simvolu kimi keçir. Məhəmməd İmanlı öz varlığı ilə sübut etdi ki, kökü torpağa, ruhu haqqa bağlı olan kəsi heç bir zindan kiçildə, heç bir böhtan ləkələyə bilməz; o, hər zaman öz elinin sönməz ziyası və qürur mənbəyi olaraq qalacaqdır.

Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
18-04-2026
17-04-2026