Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Tarix: 21-04-2026 | Saat: 14:50
Bölmə:Dünya | çapa göndər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər.
aia.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu”nun Ermənistan bürosu məlumat yayıb.
Məlumata görə, qərar bu gün Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında yekun olaraq təsdiq olunub.
Məlumata görə, missiya iki illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq.
Missiyanın mandatı, strukturu və fəaliyyət müddəti ilə bağlı sənədə əsasən, yaxın aylarda fəaliyyətə başlayacaq missiya strateji və praktiki məsləhətlər vermək, eləcə də təhlükəsizlik sahəsində fəaliyyət göstərən nazirliklərə və qurumlara dəstək göstərmək yolu ilə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir.
Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib və həmin missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində patrul aparır, onun 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026