Mobil versiya
"Ciddi soruşuram, şou-biznes nədir?" - Əməkdar artistlər
Tarix: 21-04-2026 | Saat: 16:25
Bölmə:Şou-biznes | çapa göndər

"Ciddi soruşuram, şou-biznes nədir?" -

"Şou-biznes var? Mən bilmirəm... Şou-biznes nədir bilmirəm. Zarafat etmirəm. Biz şou-biznes adamıyıq? Azərbaycan kanallarına Azərbaycan gözü ilə baxıram. O vaxt şou-biznes yox idi. İliyimizə, qanımıza necə hopubsa eləyik".

aia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Gün ortası" proqramında deyib.

Müğənni özünü şou-biznesdə görmədiyini deyib.

Əməkdar artist Könül Kərimova isə onun sözlərini təsdiqləyərək, səhnədə şou göstərmədiyini əlavə edib:

"Biz şou-biznesdə deyilik, əsla. Şou başqa anlamdır. Biz şou adamı deyilik. Oxuduğumuza, geyimlərimizə baxsanız görərsiniz. Şou-biznesdə mehribançılıq yoxdur. Hərə öz aləmində, istəyində, düşüncəsindədir. Şou göstərsəydik yanımızda oxuyanda rəqqaslar olardı. Biz bir mahnı oxuyanda yüz dəfə fikirləşirik. Geyimimizə, oxuduğumuza baxanda görürsən ki, şou adamı deyilik"./Axşam.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026