Mobil versiya
ABŞ ordusunda dron strategiyası dəyişir - ağır PUA-lar geri plana keçir
Tarix: 28-04-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər



ABŞ Silahlı Qüvvələri Ukraynada davam edən müharibə və Yaxın Şərqdəki hərbi əməliyyatlar fonunda pilotsuz uçuş aparatları (PUA) strategiyasında mühüm dəyişikliklərə gedir. Yeni plana əsasən, ağır zərbə dronlarının istifadəsi tədricən azaldılacaq və onların yerini daha çevik, kiçik ölçülü taktiki dronlar tutacaq.

CBS telekanalının yaydığı məlumata görə, artıq ABŞ-ın bir sıra hərbi bazalarında, o cümlədən Yaxın Şərq regionunda yerləşən obyektlərdə hərbi personal kiçik zərbə dronlarının idarə olunması üzrə xüsusi təlimlərə cəlb olunub.

Məlumatda qeyd edilir ki, təlimlərdə əsas diqqət “Bumblebee V1” və “Bumblebee V2” tipli yeni nəsil kiçik pilotsuz sistemlərin döyüş şəraitində istifadəsinə yönəlib. Bu dronların daha sürətli reaksiya verməsi, ucuz başa gəlməsi və şəhər tipli döyüşlərdə effektivliyi onların üstünlük qazanmasına səbəb olur.

Hərbi ekspertlərin fikrincə, bu dəyişiklik ABŞ ordusunun müasir müharibə konsepsiyasını yenidən formalaşdırdığını göstərir. Böyük və bahalı PUA-lardan imtina edilməsi isə daha çox kütləvi, çevik və riskə davamlı dron şəbəkəsinə keçid kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026