Dron üstünlüyü müharibənin taleyini dəyişir - Rusiya geri qalır?
Tarix: 28-04-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, son proseslər Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın imkanlarının zəiflədiyini göstərir və bu, artıq təbliğat yox, real vəziyyətdir.
Onun sözlərinə görə, Ukraynanın geniş istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA-lar) döyüş meydanında ciddi üstünlük yaradıb. Bu texnologiyalar Rusiya ordusunun manevr imkanlarını məhdudlaşdırır, bəzi istiqamətlərdə isə faktiki olaraq iflic vəziyyət yaradır. Müasir müharibədə texnologiyanın həlledici rol oynadığını vurğulayan ekspert bildirir ki, Ukrayna daha az itki ilə daha effektiv nəticələr əldə etməyi bacarır.
Ekspert əlavə edib ki, Ukraynanın yerli hərbi sənayesi də önəmli rol oynayır. Daxili istehsal imkanlarının artması ölkənin müqavimətini gücləndirir və xarici asılılığı qismən azaldır. Bu isə uzunmüddətli müharibə şəraitində ciddi üstünlük hesab olunur.
Rusiya tərəfinə gəldikdə isə, Üzeyir Cəfərov qeyd edir ki, Moskva daha çox kəmiyyətə üstünlük verir, lakin bu yanaşma müasir texnoloji müharibədə əvvəlki effektini vermir. Bundan əlavə, silah təchizatında problemlər də müşahidə olunur və bəzi tərəfdaşların imkanlarının azalması bu prosesi daha da çətinləşdirir.
Sonda ekspert bildirir ki, Ukrayna bu dinamikanı qoruyub saxlaya bilsə, yaxın aylarda cəbhədə qüvvələr nisbəti daha da onun xeyrinə dəyişə bilər. Bu halda, Rusiyanın da mövcud reallığı nəzərə alaraq yeni qərarlar verməsi qaçılmaz görünür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026