Avropaya narkotik daşınmasında şok üsul: yeraltı narko-tunel ifşa edildi
Tarix: 05-05-2026 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər

İspaniya hüquq-mühafizə orqanları Avropaya narkotik daşınmasında istifadə olunduğu iddia edilən iri yeraltı tunel şəbəkəsini üzə çıxarıb. Seuta bölgəsində sənaye anbarının altında aşkarlanan bu sistem Mərakeş istiqamətinə qədər uzanır.
Məlumata görə, tunel bir neçə səviyyədən ibarət olub və xüsusi rels, vaqon sistemi, həmçinin yükdaşıma üçün kranlarla təchiz edilib. Gizliliyi təmin etmək məqsədilə səs izolyasiya və nasos sistemlərindən də istifadə olunub. Giriş hissəsinin isə anbar daxilində iri soyuducunun arxasında gizlədildiyi bildirilir.
Bir ildən artıq davam edən əməliyyat nəticəsində 27 nəfər saxlanılıb. Tuneldə ümumilikdə 17 ton kannabis aşkarlanıb, 1,4 milyon avro nağd pul və 17 lüks avtomobil isə müsadirə edilib.
İspaniya polisi bu marşrutun Avropaya narkotik daşınmasında istifadə olunan əsas keçidlərdən biri olduğunu istisna etmir. Xüsusilə Mərakeşlə coğrafi yaxınlığın bu cür şəbəkələrin formalaşmasında rol oynadığı qeyd olunur.
Hazırda istintaq davam edir və tunelin əlavə qollarının olub-olmaması araşdırılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-05-2026