Mobil versiya
Özbəkistan nümayəndə heyəti DOST-da
Tarix: 05-05-2026 | Saat: 17:55
Bölmə:Gündəm | çapa göndər

Özbəkistan nümayəndə heyəti DOST-da

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.

Bu barədə aia.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar. Nümayəndə heyəti üçün DOST mərkəzlərinin fəaliyyəti və könüllülük proqramı haqqında geniş təqdimat keçirilib. İştirakçılar könüllülərin xidmət prosesində iştirakını yaxından müşahidə edib, həmçinin könüllü namizədlər üçün təşkil olunan müsahibə prosesini izləyiblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan nümayəndə heyətinə Mərkəzin fəaliyyət istiqamətləri və könüllülərin bu prosesdəki rolu barədə məlumat verilib. Qonaqlar mərkəzin benefisiarları və könüllülərinin iştirakı ilə təşkil olunan ustad yaradıcılıq dərslərində (master-klas) iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzinə də baş çəkib. Onlar burada DOST TV studiyasına da ekskursiya edərək qurumun media-kommunikasiya fəaliyyəti ilə yaxından tanış olublar.

İki günlük səfər müddətində Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin müxtəlif departamentlərində görüşlər keçirib, könüllülər üçün təşkil olunan adaptasiya təlimlərini, qrup layihələrinin təqdimatlarını və "Fərdi inkişaf" klubu çərçivəsində keçirilən sessiyaları izləyiblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2026