Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 08-05-2026 | Saat: 18:06
Bölmə:Siyasət | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir

2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə YAP Qazax rayon təşkilatı, Qazax rayon İcra Hakimiyyəti və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli Dövlətçiliyimizin Xilaskarı” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Əlçatmaz zirvə” başlıqlı sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Vətən” filmi nümayiş etdirilib.

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax rayon Prokurorunun köməkçisi Aidə Nəzərli, şəhid atası Elxan Abdullayev, müəllimlərdən Mübariz Süleymanov, Həbibə Məmmədli, Türkan Allahveridiyeva, BDU Qazax filialının tələbəsi Qılınc Cəfərov müstəqil, suveren Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafında gördüyü genişmiqyaslı işlərdən, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan qələbələrdən, əldə olunan nailiyyətlərdən ətraflı danışıblar.

Partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı Ulu Öndərə həsr etdikləri şeirlərini söyləyiblər.

Sonda YAP Qazax rayon təşkilatı sıralarında yüksək siyasi fəallığına görə fərqlənən bir qrup partiya veteranları və ərazi partiya təşkilatının sədrləri YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026