Mobil versiya
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTOLAR
Tarix: 08-05-2026 | Saat: 21:30
Bölmə:Ölkə | çapa göndər

Şəhid xanımına leytenant rütbəsi verildi - FOTOLAR


Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

aia.az Modern.az-a istinadən xəbər verir ki, Vüsalə Əliyeva bu gün gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçmə mərasimində iştirak edib.

“Vətən müharibəsi qəhrəmanının, hər zaman hərbi paradda öndə gedən bir komandirin xanımı kimi bu gün də mən qrup komandiri kimi öndə gedirdim. Bu mənim üçün ikiqat məsuliyyətli idi”, - şəhid xanımı qeyd edib.



“Gömrük orqanındakı andiçmə mərasimi hər il Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Azərbaycanın qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Prezidentə minnətdarıq. Bugünkü çiçəklənən, suveren, azad, müstəqil Azərbaycana görə bütün şəhidlərimizə minnətdarıq. Müstəqil, suveren Azərbaycanın vətəndaşı olaraq, həm də bu dövlətə xidmət edən biri kimi mənim üçün ikiqat sevincli gündür”, - o əlavə edib.



Qeyd edək ki, A.Əliyev Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda vuruşub, Şuşaya girişi təmin edən döyüşlərin rəhbəri olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2026