İngiltərə Türkiyənin "Yıldırımhan"ına tərif yağdırdı: Azsaylı ölkələrdəndir ki... - FOTO
Tarix: 09-05-2026 | Saat: 19:11
Bölmə:Dünya | çapa göndər

Böyük Britaniyada mətbuatı Türkiyənin yeni "Yıldırımhan" qitələrarası ballistik raketinə tərif yağdırıb.
aia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
Nəşr Türkiyənin sürətlə böyüyən müdafiə sənayesinin Avropanın yenidən silahlanma prosesində mühüm rol oynadığını bildirib.
Qeyd edilib ki, Böyük Britaniya və Almaniya kimi NATO müttəfiqləri də Ankaranın istehsal gücünü Avropa təhlükəsizliyi üçün strateji cəhətdən vacib hesab edir.
"Financial Times" yazır ki, ABŞ və İsrailin İranla apardığı müharibə bölgədəki təhlükəsizlik balansını yenidən formalaşdıraraq, Türkiyənin çəkindirmə qabiliyyətlərini artırmaq kimi strateji məqsədlərini daha da sürətləndirib.
Qəzetin məlumatına görə, Türkiyənin hazırkı istehsal gücü onun Avropanın yenidən silahlanma prosesində mühüm rol oynamasına səbəb olub.
Türkiyənin bu cür silahları inkişaf etdirə bilən azsaylı ölkələrdən olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyə İstanbulda keçirilən müdafiə sənayesi sərgisində yeni qitələrarası ballistik raketi "Yıldırımhan"ı təqdim edib. Raketin səs sürətindən 25 dəfə çox sürətə çata biləcəyi və 3000 kiloqramlıq döyüş başlığını 6000 kilometr məsafəyə daşıya biləcəyi deyilir.
Türkiyənin müdafiə naziri Yaşar Gülər açılış mərasimində bildirib ki, bu raketdən yalnız çəkindirmə məqsədilə istifadə etmək niyyətindədirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-05-2026
08-05-2026