Mobil versiya
Qətərdən ŞOK İDDİALARA rəsmi CAVAB
Tarix: 26-05-2026 | Saat: 20:05
Bölmə:Özəl | çapa göndər

Qətərdən ŞOK İDDİALARA rəsmi CAVAB


Qətər hökuməti İrana gizli şəkildə 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib.

Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, bu barədə yayılan xəbərlər tamamilə əsassız və reallıqdan uzaqdır.

Onun sözlərinə görə, bəzi dairələr məqsədli şəkildə dezinformasiyalar yayaraq həm danışıqlar prosesinə zərbə vurmağa, həm də regionda gərginliyin azaldılması istiqamətində aparılan diplomatik səylərə kölgə salmağa çalışırlar.

Qeyd edək ki, daha əvvəl “Iran International” telekanalı İranın ABŞ ilə danışıqları davam etdirmək üçün şərt irəli sürdüyünü iddia etmişdi. Məlumata görə, Tehran Qətərdə dondurulmuş 12 milyard dollarlıq aktivlərinin sərbəst buraxılmasını tələb edib.

Bundan sonra sosial şəbəkələrdə Qətərin həmin məbləği öz vəsaiti hesabına İrana ödəməyə hazır olduğu barədə müxtəlif şayiələr yayılmışdı. Rəsmi Doha isə yayılan bütün bu məlumatları “tamamilə yalan” adlandırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2026