Trampdan ölkələrə SƏRT XƏBƏRDARLIQ – Türkiyə də siyahıda
Tarix: 26-05-2026 | Saat: 20:39
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Tramp yeni ticarət siyasəti çərçivəsində bir sıra ölkələrə qarşı əlavə gömrük rüsumları tətbiq olunacağını açıqlayıb. O bildirib ki, Vaşinqtonla yeni ticarət razılaşmaları imzalamayan dövlətlər daha sərt iqtisadi tədbirlərlə üzləşəcək.
Tramp çıxışında “imzalayacaqsınız” mesajı verərək ABŞ-ın şərtlərini qəbul etməyən ölkələrə əlavə vergi və məhdudiyyətlərin tətbiq ediləcəyini vurğulayıb. Siyahıda Türkiyənin də yer aldığı bildirilib.
Açıqlanan məlumatlara görə, Türkiyə üçün tətbiq olunacaq yeni gömrük tarifinin 15 faiz olacağı qeyd edilir. Daha əvvəl 10 faiz olan rüsumun artırılması xüsusilə tekstil, polad və avtomobil ehtiyat hissələri sektorlarına təsir göstərə bilər.
Türkiyə rəsmiləri isə ölkənin ABŞ üçün “riskli ticarət tərəfdaşı” hesab edilmədiyini və tətbiq edilən tariflərin bəzi digər ölkələrlə müqayisədə daha aşağı səviyyədə saxlanıldığını açıqlayıblar.
ABŞ administrasiyası bu addımın əsas məqsədinin ölkənin iqtisadi təhlükəsizliyini qorumaq və xarici ticarət balansını gücləndirmək olduğunu bildirib. Yeni tariflərin avqust ayından qüvvəyə minməsi planlaşdırılır.
İqtisadçılar hesab edir ki, Trampın sərt ticarət siyasəti xüsusilə ixracyönümlü ölkələr üçün ciddi təsirlər yarada bilər. Bununla yanaşı, bəzi ekspertlər Türkiyənin Çin və daha yüksək tarif tətbiq olunan ölkələrlə müqayisədə müəyyən üstünlük əldə edə biləcəyini düşünür.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər