Mobil versiya
105 ildir belə isti görmürdülər...
Tarix: 28-06-2026 | Saat: 19:47
Bölmə:Dünya | çapa göndər

105 ildir belə isti görmürdülər...


Polşanın şimalında yerləşən Torun şəhərində anomal isti hava şəraiti qeydə alınıb. Havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində yeni rekord həddə çatıb.

“aia.az” xəbər verir ki, bu barədə Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun mətbuat katibi “Polsat” televiziyasına açıqlamasında bildirib.

Verilən məlumata görə, bundan əvvəlki rekord temperatur düz 105 il əvvəl – 29 iyun 1921-ci ildə qeydə alınıb. Həmin vaxt ölkənin qərbindəki Proşkov şəhərində termometrlər 40,2 dərəcəni göstərib. Torundakı son göstərici ilə bir əsrlik rekord yenilənmiş olub.

Müşahidə olunan həddindən artıq bürkü və yüksək temperatur səbəbindən Polşada meteoroloji təhlükə səviyyəsi artırılıb. Belə ki, ölkə ərazisində rəsmi olaraq ikinci və üçüncü (ən yüksək) səviyyəli xəbərdarlıq elan edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2026