Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni regional reallıqları və sülh gündəliyini qəbul edir - DEPUTAT
Tarix: 03-07-2026 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bu gün Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də məhz bu reallığı əks etdirir. Dövlətimizin başçısı qeyd edib ki, münasibətlərdə müşahidə olunan yeni dinamika bütün tərəflər üçün mühüm imkanlar yaradır və bu fürsətdən səmərəli istifadə edilməlidir.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, son aylarda Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri bunu bir daha təsdiq edir. Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, daha sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu göstərir.
“Azərbaycan bu gün Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas iqtisadi və ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəmizin təxminən 40 faizi Avropa İttifaqının payına düşür. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsində isə Azərbaycanın payı təxminən 70 faizdir. Bu göstəricilər ölkəmizin Avropa üçün etibarlı və strateji tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında enerji təhlükəsizliyi xüsusi yer tutur. 2022-ci ildə Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə yeni mərhələnin əsasını qoydu. Həmin sənəd Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Azərbaycanın rolunu daha da artırdı.
Memorandumun imzalanmasından sonra Avropaya qaz ixracının həcmi təxminən 65 faiz artıb. Bu gün Azərbaycan təbii qazı Avropa İttifaqına üzv olan 10 ölkəyə ixrac edilir. Bu, Azərbaycanın enerji sahəsində üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyini və etibarlı təchizatçı statusunu daha da möhkəmləndirdiyini göstərir.
Eyni zamanda, Azərbaycan yaşıl enerji sahəsində də böyük hədəflər müəyyənləşdirib. Qarşıdakı illərdə ölkəmizdə yaşıl enerji istehsalı gücünün 8 giqavata çatdırılması planlaşdırılır. Bu potensial həm Avropa bazarına yaşıl enerjinin ixracına, həm də daxili istehlakda təbii qazdan istifadənin azalmasına imkan verəcək. Nəticədə əlavə qaz həcmlərinin Avropa bazarına ixracı mümkün olacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, - deyə A.Badamov vurğulayıb.
Deputat qeyd edib ki, Ursula Fon der Lyayenin Bakıya son səfəri zamanı nəqliyyat və bağlantı layihələri də xüsusi diqqət mərkəzində oldu. Avropa Komissiyasının Prezidenti çıxışında Avropa İttifaqının bağlantı layihələrinə böyük əhəmiyyət verdiyini bildirdi və gələcəkdə Azərbaycanda qitələri birləşdirən beynəlxalq bağlantı konfransının keçirilməsinə ümid etdiyini ifadə etdi. Bu yanaşma Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi kimi artan rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
“Səfər çərçivəsində Avropa Komissiyasının Prezidenti Azərbaycanın təşəbbüsü ilə regionda sülhün möhkəmləndirilməsinə dəstəyini də ifadə etdi. Bildirildi ki, "Sülhün inkişafı" proqramı çərçivəsində Azərbaycana 20 milyon avro vəsait ayrılacaq. Bu maliyyə dəstəyi əsasən humanitar minatəmizləmə işlərinə, təhlükəsizliyin möhkəmləndirilməsinə və təcili tibbi xidmətlərin inkişafına yönəldiləcək. Bu isə Avropa İttifaqının postmünaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunmasına maraq göstərdiyini nümayiş etdirir.
Ursula Fon der Lyayenin səfəri zamanı səsləndirilən fikirlər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni regional reallıqları, sülh gündəliyini və əməkdaşlıq təşəbbüslərini qəbul edir. Bu yanaşma Azərbaycan–Avropa İttifaqı münasibətlərinin qarşıdakı dövrdə daha da genişlənəcəyinə, enerji, nəqliyyat, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının yaranacağına əsas verir.
Bu gün Azərbaycan öz milli maraqlarına söykənən müstəqil xarici siyasəti, etibarlı tərəfdaş imici və regional təşəbbüsləri ilə Avropa İttifaqı üçün mühüm strateji tərəfdaş statusunu daha da möhkəmləndirir. Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz bu strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər”, - deyə o əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2026
11:57 Hərbçimiz vəfat etdi
02-07-2026
23:44 Ermənistan silkələndi