Mobil versiya
Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlandı
Tarix: 03-07-2026 | Saat: 11:50
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın həcmi açıqlandı

Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək təxminən 86 mlrd. kubmetr qaz Türkiyəyə ixrac olunub.

Bu barədə aia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

“Operativ məlumatlara əsasən, fəaliyyətə başladığı tarixdən indiyədək qaz kəməri vasitəsilə təxminən 86 milyard kubmetr qaz Türkiyəyə ixrac olunub”, - məlumatda qeyd olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2026