Sahibə Qafarova Yakob Mudenda ilə görüşüb -Fotolar
Tarix: 06-07-2026 | Saat: 18:02
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əvvəlcə Zimbabve Respublikası Parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova ilə Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudenda arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.
Zimbabve Respublikası Parlamentinin sədri Yakob Mudenda Xatirə kitabını imzalayıb.
Görüşdə Azərbaycan ilə Zimbabve arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğu bildirilərək, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğu qeyd edilib. Zimbabve Respublikasının Prezidentinin ölkəmizə dövlət səfəri etdiyi, səfər zamanı ölkə başçıları arasında səmərəli müzakirələrin aparıldığı xatırladılıb.
Söhbətdə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq maraqların beynəlxalq səviyyədə müdafiəsinə xüsusi diqqət yetirib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Söhbət zamanı qanunverici orqanlar arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Spiker Sahibə Qafarova Zimbabve Parlamentinin sədrinin ölkəmizdə keçirilən COP29 çərçivəsində Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə baş tutmuş Parlament Görüşündə iştirakını və həmin səfər zamanı aparılan danışıqları məmnunluqla xatırladıb. O, həmçinin ötən il Cənubi Afrikada keçirilən G20 Parlament Sədrlərinin 11-ci Sammiti (P20) və cari ilin aprel ayında İstanbulda təşkil olunan Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutmuş görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, belə təmaslar parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin, həmçinin parlament komitələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Zimbabve ilə beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində müntəzəm təmaslar davam etdirilir və bu platformalarda əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Zimbabve Milli Assambleyasının sədri Yakob Mudenda Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib, son illərdə sürətlə inkişaf edən paytaxt Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Qonaq, səfər çərçivəsində Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdiyini xatırladaraq, deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş insanların xatirəsinə həsr olunmuş abidəni ziyarət etmək şərəfdir.
Zimbabvenin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini və ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən parlamentin sədri, hər iki ölkənin bölüşdüyü multilateralizm prinsiplərinin təşviqinin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsinin qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin iqtisadi əlaqələrin önəmi barədə də fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-07-2026