Mobil versiya
Ankara 22 ildən sonra yenidən NATO liderlərini bir araya gətirdi
Tarix: 07-07-2026 | Saat: 13:00
Bölmə:Özəl | çapa göndər

Ankara 22 ildən sonra yenidən NATO liderlərini bir araya gətirdi




Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə NATO-nun 36-cı Liderlər Zirvəsi işə başlayıb. İki gün davam edəcək toplantıda ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla Alyansa üzv ölkələrin liderləri iştirak edirlər.

Sammitin əsas gündəliyində müdafiə xərclərinin artırılması, NATO-nun yeni qüvvə modelinin tətbiqi, müdafiə sənayesinin gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Avroatlantik məkanın təhlükəsizliyi ilə bağlı strateji məsələlər yer alır.

NATO-nun baş katibi Mark Rütte üzv dövlətlərin 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyi ilə bağlı konkret fəaliyyət planları təqdim etməsinin vacibliyini vurğulayıb.

Sammit çərçivəsində Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş də xüsusi diqqət mərkəzindədir. Müzakirələrdə Türkiyənin F-35 proqramına mümkün qayıdışı və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin gündəmə gələcəyi gözlənilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankarada qəbul ediləcək qərarlar gələcək Avroatlantik təhlükəsizlik sisteminin formalaşmasına təsir göstərəcək. Milli müdafiə naziri Yaşar Gülər isə Türkiyənin NATO daxilindəki strateji rolunun daha da gücləndirilməsinin ümumi təhlükəsizlik baxımından vacib olduğunu qeyd edib.

Qeyd edək ki, Ankara NATO liderlərinin zirvə toplantısına 22 ildən sonra yenidən ev sahibliyi edir. Türkiyə rəsmiləri bu sammiti Alyansın təhlükəsizlik strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2026