Novruz Aslanov: “Susmağı özümə rəva bilmədim”
Tarix: 08-07-2026 | Saat: 11:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bəzən cəmiyyət olaraq biz insanları bir anın, bir hadisənin və ya sosial şəbəkələrdə yayılan fikirlərin prizmasından qiymətləndirməyə çalışırıq. Halbuki həyatın özü bizə başqa bir həqiqəti öyrədir: insanın əsl dəyəri onun illər boyu gördüyü işlərdə, yetişdirdiyi insanlarda, qazandığı etimadda və arxasında qoyduğu izlə ölçülür. Sözlər zamanın axarında unudula bilər, lakin əməl həmişə öz izini saxlayır.
Düşünürəm ki, dövlət idarəçiliyində çalışan insanların da taleyi çox vaxt belə olur. Onların atdığı hər addım müxtəlif rakurslardan dəyərləndirilir, tənqid olunur, bəzən isə haqsız mühakimələrə səbəb olur. Lakin zaman keçdikcə emosiyalar səngiyir, yalnız həqiqət və görülən işlər qalır. Mən həmişə inanmışam ki, zaman ən ədalətli hakimdir. O, nə kiminsə xeyrinə danışır, nə də əleyhinə, sadəcə hər kəsi öz əməli ilə qiymətləndirir.
Son dövrlər Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın fəaliyyəti ilə bağlı müxtəlif qeyri-etik və böhtan xarakterli yazılar bəzi sosial şəbəkələrdə yer almışdır. Demokratik cəmiyyətdə fərqli fikirlərin ifadə olunması təbii və zəruridir. Ancaq hesab edirəm ki, dövlət xadimlərinin fəaliyyətinə qiymət verilərkən emosional və qeyri-obyektiv yanaşmalardansa, obyektivlik, faktlar və uzun illərin əməli fəaliyyəti əsas götürülməlidir.
İnsan haqqında hökm vermək asandır, onu olduğu kimi tanımaq isə zaman və məsuliyyət tələb edir. Biz dövlətə xidmət etmiş insanlara münasibətdə ilk növbədə ədalətli olmağı bacarmalıyıq. Çünki ədalət yalnız məhkəmə zalında deyil, cəmiyyətin vicdanında da öz yerini tapmalıdır. Ədalətli münasibət göstərmək təkcə bir insana deyil, həm də dövlətçilik dəyərlərinə və cəmiyyətimizin mənəvi sağlamlığına göstərilən hörmətdir.
Həmkarım deputat Fazil Mustafanın da mətbuata açıqlamasında vurğuladığı kimi, hər hansı dövlət xadiminə münasibətdə qərəzdən uzaq olmaq, görülən işlərə bütöv fəaliyyət prizmasından yanaşmaq vacibdir. Mən də bu mövqeyi dəstəkləyirəm. Uzun illər Sahibə xanım Qafarova ilə eyni parlamentdə çalışan bir millət vəkili kimi öz müşahidələrimi ictimaiyyətlə bölüşməyi mənəvi borc hesab edirəm.
Sahibə xanım Qafarovanı yalnız Milli Məclisin Sədri kimi qiymətləndirmək doğru olmaz. Onun həyat yolu elmə, təhsilə və dövlətçiliyə xidmətin uğurlu vəhdətidir. Filologiya elmləri doktoru, professor kimi zəngin elmi irs formalaşdırmış, uzun illər ali məktəbdə müxtəlif məsul vəzifələrdə çalışaraq minlərlə gəncin formalaşmasına töhfə vermişdir.
Onun dövlət idarəçiliyinə gəlişi də təsadüfi olmayıb. Milli Məclisdə uzun illər ərzində qazandığı təcrübə, qanunvericilik fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq, beynəlxalq parlament diplomatiyasındakı fəallığı və yüksək təşkilatçılıq bacarığı Sahibə xanımın parlament rəhbəri kimi formalaşmasının əsasını təşkil edib. Bu gün Milli Məclisin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, parlament diplomatiyasının genişləndirilməsi və Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda ardıcıl müdafiəsi istiqamətində görülən işlər də onun rəhbərliyinin mühüm nəticələrindəndir.
Mən uzun illərdir Sahibə xanımla eyni kollektivdə çalışıram. Bu illər ərzində onun təkcə peşəkar fəaliyyətini deyil, həm də insan kimi xarakterini yaxından tanımaq imkanım olub. Səmimiyyətlə deyə bilərəm ki, Sahibə xanım vəzifənin yaratdığı məsafəni insanlarla münasibətlərinə heç vaxt daşımayan, hər kəsə diqqət və hörmətlə yanaşan, dinləməyi bacaran, təmkini və yüksək mədəniyyəti ilə seçilən ziyalı xanımdır. Parlamentdə müxtəlif məsələlərin müzakirəsi zamanı onun soyuqqanlılığı, ədalətli mövqeyi və hər bir deputata eyni ehtiramla yanaşması dəfələrlə məndə xoş təəssürat yaradıb.
Hər bir insan kimi dövlət xadimləri də tənqid oluna bilər və bu, normaldır. Ancaq tənqidlə qərəzli münasibət arasında incə, lakin çox mühüm bir sərhəd var. Uzun illər birgə çalışdığım həmkarım haqqında həqiqətə uyğun olmayan mülahizələri görəndə susmağı düzgün hesab etmədim. Çünki vicdanım mənə bunu etməyə imkan vermədi. Mən Sahibə xanımı illərdir tanıyan bir həmkar kimi onun dövlətə sədaqətinin, zəhmətkeşliyinin, yüksək məsuliyyət hissinin və insanlara münasibətdə səmimiyyətinin şahidiyəm.
Bu fikirləri yazmaqda məqsədim kimisə inandırmağa çalışmaq və ya hansısa polemikanın iştirakçısı olmaq deyil. Sadəcə, hesab edirəm ki, cəmiyyət dövlət xadimləri haqqında fikir formalaşdırarkən onları yaxından tanıyan insanların da mövqeyini bilməlidir. Mənim üçün Sahibə xanım Qafarova yalnız Milli Məclisin Sədri deyil, uzun illər çiyin-çiyinə çalışdığım, sözünə və mövqeyinə etibar etdiyim, peşəkarlığı ilə yanaşı yüksək insani keyfiyyətləri ilə də hörmət qazanan bir xanım həmkardır.
İnanıram ki, insanın ən böyük qiymətini zaman verir. Sahibə xanım Qafarovanın elmə, təhsilə, parlamentçiliyin inkişafına və Azərbaycan dövlətçiliyinə həsr etdiyi çoxillik fəaliyyəti də məhz zamanın sınağından çıxmış xidmətlərdir. Bu xidmətlərə kölgə salmağa yönələn hər hansı birtərəfli yanaşma nə onun keçdiyi yolu, nə də cəmiyyət qarşısındakı əməyini dəyişə bilməz. Onunla birlikdə çalışan bir millət vəkili kimi bunu tam səmimiyyətlə və böyük məsuliyyət hissi ilə ifadə edirəm.
Novruz Aslanov
Millət vəkili,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2026